Gülüstan müqaviləsi/XI Maddə

../ Gülüstan müqaviləsi

../

Bu müqavilə imzalandıqdan sonra hər iki Ali Dövlətin müvəkkilləri, qarşılıqlı surətdə və təxirə salınmadan bütün yerlərə onun haqqında lazımı xəbər və hər yerdə hərbi əməliyyatların dərhal dayandırılması barəsində əmrlər göndərsinlər.

İki bərabərhüquqlu nüsxədə (fars dilinə tərcüməsi ilə birlikdə) yazılmış və saziş bağlayan Ali tərəflərin yuxarıda göstərilmiş Müvəkkilləri tərəfindən imzalanaraq, onların möhürləri ilə təsdiq edilmiş və qarşılıqlı surətdə dəyişdirilmiş bu əbədi sülh Müqaviləsi ƏLAHƏZRƏT Bütün Rusiya İMPERATORU və Əlahəzrət İran Şahı tərəfindən bərqərar ediləcək və Əlahəzrətlərin öz əlləri ilə imzalanmış təntənəli Ratifikasiyalarla təsdiq olunacaqdır.

Bu Müqavilənin həmin təsdiq olunmuş nüsxələri bu Ali Saraylardan, qarşılıqlı surətdə göndərilməklə onların yuxarıda adları çəkilmiş Müvəkkillərinə üç ay müddətindən sonra çadırılacaq.

Müqavilə min səkkiz yüz on üçüncü il oktyabr ayının on ikinci günü. İran hesablaması ilə min ikiyüz iyirmi səkkizinci il Şəvval ayının iyirmi doqquzuncu günü Qarabağ mülkündə Zeyvə çayı yaxınlığındakı Gülüstan kəndində Rus ordugahında bağlanmışdır.

İMZALAMIŞLAR: Müvəkkil və Gürcüstanda Baş Komandan Nikolay Rtişşev (M : Y:)

Alişöhrətli İran Dövlətindən Müvəkkil Mirzə Əbül Həsən Xan (M : Y:)