Hülakü dövləti/Hülakülər dövləti Qazan xana qədərki hökmdarların dövründə
←../ | Hülakü dövləti |
../→ |
Hülakülər dövləti Qazan xana qədərki hökmdarların dövründə Hülakü xanın ölümündən sonra mərkəzi hakimiyyətə qarşı mübarizə başladı. Abaqa xanın (1265 – 1282) hakimiyyətinin sonlarında daha da gücləndi və açıq şəkil aldı. 1275-ci ildə Arranda Abaqa xana qarşı üsyan baş verdi və üsyan çətinliklə yatırıldı (1.səhifə 354). Abaqa xandan sonra hakimiyyətə sahib duran Əhməd xan (1282 – 1284) narazı feodalların səyi ilə taxt – tacdan salındı və Arqun xan (1284 – 1291) səltənətə çıxdı. Onun dövründə feodal ara çəkişmələri artdı. Digər tərəfdən də dövlətin xarici vəziyyəti sabit deyildi. Hülakülər dövləti təsis edildiyi ilk vaxtlardan başlayaraq Azərbaycan ərazisi uğrunda hülakilərlə digər monqol dövləti, Cuci nəslindən olan qızılordalılar arasında gedən müharibələr ölkənin vəziyyətini sarsıdırdı. Azərbaycanı tutmağa çalışan Qızıl Orda xanları Hülakü xanın, Abaqa xanın və Arqun xanın zamanında dəfələrlə (1263, 1265, 1288, 1290-cı illərdə) cənuba yürüş etmiş və dağıntı törədərək geri qayıtmışdılar (3.səhifə 268).
Elxanilər taxt – tacı uğrunda mübarizə də Arqun xanın ölümündən sonra şiddətləndi. Keyxatu xan (1291 – 1295) elə ilk anlardan feodal qruplarının əlində oyuncağa çevrildi. Mərkəzi dövlət aparatı zəiflədi və qüvvələrə qarşı mübarizə aparmaq iqtidarını itirdi. 1295-ci ildə Azərbaycanda iki elxan dəyişildi. Baydu xan bir neçə ay hökmranlıq etdikdən sonra taxt – tacdan məhrum edildi (1.səhifə 338 – 339).