Hüquq/İstehlakçıların hüquqlarının müdafiəsi beynəlxalq və milli qanunvericilikdə

../ Hüquq
Müəllif: Günel İsmixanova


İnsan hüquqları spektində əsas hüquqlardan biri də istehlakçıların hüquqlarıdır. Bu özünü onda göstərir ki, bütün dövrlərdə hətta demokratik dövlətlərdə belə insanların istehlakçı hüquqları daim pozulur və bu pozulma halı kütləvi xarakter daşıyır. Bəzən istehlakçıların üzləşdiyi problemlərdən biri məsələn mal istehsal edən sahibkar onu özü üçün sərv edən qiymətə əldə etmək üçün müxtəlif yollar arayır daha çox gəlir əldə etmək üçün ucuz işci qüvvəsi olan ölkələrdə zavodlar qurur. Ona görə də eyni markalı mal və xidmətə görə kəskin fərqlə rastlaşırıq. Buna görə də İnkişaf Etmiş demokratik Ölkələrdə istehlakçılar öz haqlarını tələb edir. Yəni ödədiyi qiymət müqabilində keyfiyyətli mal və xidmət tələb edir.Buna görə də bir çox İnkişaf Etmiş Ölkələrdə hətta Rusiya Federasiyasında belə məktəb illərində “İstehlakçı hüququ” dərsləri keçir. Aldığımız malların istər məişət əşyaları, istər geyim, istərsə də qida məhsullarının üzərində olan standartlar yəni işarələri çoxumuz bilmir və hətta bununla maraqlanmırıq ancaq təbii ki, bu da çox vaxt bizim istehlakçı hüquqlarımızın pozulmasına səbəb olur. Yəni baha qiymət və keyfiyyətsiz mal əslində burada daha çox haqqı pozulan tərəf istehıakçıdır. İlk dəfə istehlakçıların hüquqlarının müdafiəsi hərəkati Amerikada yaradılb. ABŞ Prezidenti C. Kenndinin 15 mart 1962-ci ildə “İstehlakşıların hüquqlarının müdafiəsinə dair Bəyanat qəbul etmişdir. Bəyanat aşağıdakılardan ibarətdir.

  • Seçim etmək hüququ;
  • təhlükəsizlik hüququ;
  • məlumat almaq hüququ;
  • eşidilmək hüququ.

Göründüyü kimi burada istehlakçıların hüquqları bir qədər məhdud göstərilib yəni daha sonralar qəbul edilmiş, istər beynəlxalq sənədlərdə, istərsə də regional demək olar ki, istehlakçıların hüquqları bir qədə genişləndirilib. 1975-ci ildəAvropa Birliyi istehlakçıların hüquqlarını bir qədər də genişləndirib yəni “İstehlakçıların hüquqlarının tanınması” haqqında regional sənəd qəbul edib. Sənədə görə:

  • İstehlakçıların sağlamlığının və təhlükəsizliyinin müdafiəsi hüququ;
  • İstehlakçıların iqtisadi maraqlarının müdafiəsi hüququ;
  • İstehlakçıya dəyən zərərin ödənilməsi hüququ;
  • İstehlakçının təhsil və məlumat hüququ;
  • İstehlakçının təmsil etmək hüququ.

Bu sənəddən 10 il sonra yəni 1985 –ci ildə BMT “İstehlakçıların hüquqlarının müdafiəsinə dair” Rəhbər Prinsiplər qəbul etdi. Göstərilən sənəd istehlakçıların hüquqlarını daha da genişləndirdi. Rəhbər Prinsiplərdə aşağıdakı hüquqlar təsbit olunmuşdur.

  • Əsas tələbatların ödənilməsi hüququ;
  • Əlverişli ətraf mühitdə yaşamaq hüququ;
  • Seçim etmək hüququ;
  • Təhlükəsizlik hüququ;
  • Məlumat almaq hüququ;
  • Eşidilmək hüququ;
  • İstehlakçıya dəyən zərərin ödənilməsi hüququ;
  • İstehlakçının təhsil və məlumat hüququ.

BMT-nin “İstehlakçıların hüquqlarının müdafiəsinə dair” “Rəhbər Pinsiplər” adlanan beynəlxalq sənəddə dövlətlərin üzərinə aşağıdakı öhdəliklər qoyulur.

  1. Fiziki təhlükəsizlik
  • İstehsal olunan mallar birbaşa və ya bilavasitə təyinatı zamanı istehlak olunarsa , onların təhlükəsizliyinə dair dövlətlər tərəfindən qəbul olunan normativ hüquqi aktlar beynəlxalq normalara uyğunlaşdırılmalıdır.
  • Dövlətlər mal istehsal edərkən burada istehlak şəraiti təhlükəsiz olmalıdır. Malların təhlükəli olmasına səbəb olan amillər aradan qaldırılmalıdır. Malın istehlakına dair bütün məlumatlar istehlakçıya verilməlidir.
  • Dövlətlər mal istehsal edərkən onların əsas iqtisadi-siyasəti təhlükəli malların dərhal dövriyyədən çıxarılmasıa yönəlməlidir.
  • Dövlətlər satış dövriyyəsində olan malın aşağı keyfiyyətliyini təcili aradan qaldırmalı, satışdan götürməli və istehlakçıya dəyən ziyanı ödəməlidirlər.

2. İstehlakçıların iqtisadi maraqlarının dəstəklənməsi.

  • Dövlətlər istehlakçılara bilərəkdən ziyan vuran istehsalçılarla mübarizə aparmalı, istehsal etdiyi malı aldadıcı mal nişanı, səhv məlumatlarala markalayan istehsalçıların nöqsanlarını aşkara çıxaran istehlakçıların birliklərinin dəstəkləməlidir.
  • BMT-nin Baş Assambleyasının 5.12.1980-ci il 35/63 saylı yekun sənədinə uyğun olaraq dövlətlər istehlakçıların mənafeyinə zərər vuran bütün halların qarşısını almalıdırlar.
  • İstehlakçılar birtərəfli onların hüququnu pozan müqavilələr imza etməməlidirlər.
  • Reklam istehlakçıya doğru məlumat verməli və onun müstəqil seçm hüququna hörmət etməlidir.
  • Dövlətlər müntəzəm olaraq ölçü vahidləri və ölçü cihazlarına nəzarəti təşkil etməlidirlər.

BMT-nin “Rəhbər Prinsiplərində həmçinin istehlak mal və xidmətlərin keyfiyyət və təhlükəsizlik normaları, əsas istehlak və xidmətlərin yayılması öz əksini tapıb. Həmçinin dövlətlər istehlakçının ona ziyan dəydiyi tədqirdə kompensasiya ala bilməsi üçün normativ hüquqi sənədlər qəbul etməlidirlər. Burada nəzərdə tutulan ən mühüm amillərdən biri istehlakçıların maarifləndirilməsidir. Yəni istehlakçıların hüquqlarının və onlara istehsal olunan mallar barədə düzgün informasiyaların verilmsini daha çox orta məktəblərdədərs kimi tədris olnmasını vacib element hesab edirlər. Hər bir insan istifadə etdiyi dərman preparatı. Məişət əşyası, geyim və qida məhsulları barədə və onların üzərində olan marka və nişanları heç olmasa müəyyən səviyyədə bilməlidir. Həmçinin istehlakçı öz haqlarını bilməli və onun pozulduğu tədqirdə müxtəlif instansiyalara müracət etməsi barədə məlumatlandırılmalıdır.

  • Dövlətlər öz iqtisadi –siyasətlərini yürüdərkən həm də ərzaq təhlükəsizliyi məsələsini ön plana çəkməlidir. Ümumdünya Səhiyyə Təşkilatı və BMT tərəfindən qəbul olunmuş sənədlərdə nəzərdə tutlan standartları qorumalı və buna əməl etməlidirlər.Yəni ərzaqlar müntəzəm olaraq yoxlanılmalı və onların sağlamlığa ziyanlığı nəzərə alınmalıdır. Su təchizatı xüsusi olaraq dövlətlərin nəzarətində olmalıır. Çünki gündəlik olaraq sudan istifadə olunduğu üçün suyun sanitar normalara cavab verməsi yoxlanılmalıdır. Dərman preparatları ilə bağlı hər bir dövlətin milli siyasəti olmalıdır. Yəni dərmanlar vaxtaşırı yoxlanlımalı,onların lisenziyalaşdırılması, onlar barədə məlumat bazası və qeydiyyatı çox önəmlidir.
  • Dövlətlər həmçinin insan həyatı və ətraf mühit üçün xüsusilə təhlükəli olan malların üzərində xüsusi beynəlxalq işarələri göstərilməsi və bu barədə əhalinin məlumatlandırması üçün istehsalçılarla iş aparmalıdır.
  • Dövlətlər istehlakçıların maraqlarını qorumaqla yanaşı bu sahədə regional və beynəlxalq əməkdaşlığı möhkəmlətməli və öz milli siyasətlərini qurmalıdırlar.
  • dövlətlər təhlükəli mallar barədə bir-birilə informasiya mübadiləsi aparmalı və bu cür malların üzərində olan markaları dəyişdirməməlidirlər.

Azərbaycanda istehlakçıların hüquqlarının müdafiəsi:

Bəs Azərbaycanda istehlakçıların hüquqlarının müdafiəsi necə həyata keçirilir və onalrın hüquqları pozulduğu zaman onlar bu barədə hansı instansiyalara mürciət edir? Azərbaycanda da bu sahədə xeyli problemin var. 1995-ci ildə 19 sentyabrda Azərbaycanda “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanun qəbul olundu. Qanunda istehlakçıların hüquqları aşağıdakı kimi təsbit olunmuşdur;

  • malların(işlərin, xidmətlərin) və onların istehsalçısını və satıcısının sərbəst seçmə;
  • istehlak etdikləri malların (işlərin, xidmətlərin) lazımı keyfiyyətdə olmasına;
  • malların (işlərin, xidmətlərin) təhlükəsziliyinə;
  • malların (işlərin, xidmətlərin) miqdarı, çeşidi və keyfiyyəti haqqında dolğun və düzgün məlumat əldə etməyə;
  • qanunvericilkdə nəzərdə tutulan hallarda , lazımi keyfiyyəti olmayan, habelə insan sağlamlığına, həyatına təhlükəli olan malların (işlərin, xidmətlərin) vurduğu zərərin ödənilməsinə;
  • öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək;
  • ictimai təşkilatlar( istehlakçılar birliyindı) birləşməyə.

Qanunda həmçinin istehlakçının digər hüquqları da göstərilib. Məsələn: Qanunun 7-ci maddəsin nəzər saldıqda burada qüsuru olan mal satılarkən istehlakçının hansı hüquqları olduğu gösərilib.

Bu zaman istehlakçı nın satıcıdan aşağıdakıları tələb etmək haqqı vardır.

  • lazımi keyfiyyətdə mala dəyişdirməyi;
  • satış qiymətini uyğun məbləğ azaltmağı;
  • malın həmin mala uyğun digər modellə dəyişdirməyi;
  • müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini.

Göstərilən Qanunda daha çox diqqəti cəlb edən məsələlərdən biri də Qanunun 13-cü maddəsində öz əksini tapıb. Burada İstehlakçının mal haqqında məlumat almaq hüququ əks olunub. Bu hüquq yuxarıda adını çəkdiyimiz digər sənədlərdə xüsusilə beynəxalq konvensiyalarda da göstərilmişdir. Satıcı istehlakçını maraqlandıran mallar, onların qiyməti, istehlak xassələri, ərzaq malları barəsində onların tərkibi, yararlılıq müddəti barədə və s. istehlakçıya məlumat verməlidir.

Qanuna əsasən Azərbaycan Respublikası ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərində etiketlər və digər yazılar xarici dillə yanaşı mütləq azərbaycan dilində də olmalıdır. Həmçinin bu idxal olunan mallara da aiddir. Aparılan satqı zamanı qiymətlər yalnız manatla göstərilməlidir. Qanunun 15-ci maddəsində isə İstehlakçının tələblərini ödəməyən malın lazımı keyfiyyətli mala dəyişdirmək hüququ göstərilib.

  • Qanuna görə lazımı keyfiyyətli qeyri-ərzaq malı öz formasına, ölçüsnə, fasonuna rənginə görə istehlakçıya yaramırsa, onu aldığı yerdə uyğun mala dəyişdirmək hüququ vardır.
  • İstehlakçının malın alınma günü sayılmamaq şərti ilə 14 gün ərzində həmin malı lazımı keyfiyyətli mala dəyişdirmək hüququ vardır. Pərakəndə satılan mallar üçün isə satıcı tərəfinən daha uzun müddət müəyyən olun bilər.
  • İstehlakçı tərəfindən əldə edilmiş lazımı keyfiyətli mal istifadə olunmayıbsa və onun əmtəə görnüşü, istehlak xassələri, plombu, yarlığı, həmçinin kassa qəbzi və malla verilmiş sənədlər saxlanılıbsa onda istehlakçının onu dəyişdirmək hüququ vardır.

Qanunun 26-cı maddəsində isə istehlakçıların hüquqlarının məhkəmə müdafiəsi nəzərdə tutulub. Maddədə istehlakçıya ziyan dəydiyi tədqirdə onun cavabdeh tərəfindən ödənilməsi nəzərdə tutulub. Həmçinin burada dəymiş mənəvi zərərin də ödənilməsi göstərilib. Qanunda həmçinin hər bir vətəndaşın istehlakçıların ictimai təşkilatında birləşmək hüququ da təsbit olunub. Bundan başqa “Yeyiniti məhsulları haqqında”, “Reklam haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunlar da mənz istehlakçıların haqqını müdafiə edən normalar nəzərdə tutulub.”Reklam haqqında” Qanuna görə Qeyri-dəqiq reklam nədir? Aşağıdakılar barədə həqiqətə uyğun olmayan mə`lumatları əks etdirən reklam qeyri-dəqiq hesab olunur:

  • əmtəənin tərkibi, hazırlanma üsulu və tarixi, tə`yinatı, istehlak xassələri, istifadə şərtləri, sertifikat və dövlət standartlarına uyğunluq nişanlarının mövcudluğu, kəmiyyəti və istehsal olunduğu yer;
  • əmtəənin bazarda mövcudluğu, onun göstərilən həcmdə, vaxtda və yerdə əldə edilməsi imkanları;
  • reklamın yayımı anında əmtəənin dəyəri (qiyməti);
  • ödəmənin əlavə şərtləri;
  • əmtəənin yerinə çatdırılması, dəyişdirilməsi, geri qaytarılması, tə`miri və digər xidmətlər;
  • yararlılıq müddəti, xidmət müddəti və təminat öhdəliyi;

Göründüyü kimi ,”Reklam haqqında” Qanunada da istehlakçıların hüquqları qorunur. “Yeyiniti məhsulları haqqında” Qanunda isə yeyinti məhsullarının keyfiyyəti,onların normalaşdırılması, sertifikatlaşdırılması, gigiyena qeydiyyatı və bütün bunlara dövlət nəzarəti kimi müddəalar göstərilib. Lakin bütün bu Qanunlara baxmayraq Azərbaycanda istehlakçıların haqları çox vaxt pozulur və məhkəmələ də bu cür işlər çox olmasına baxmayaraqbiz əksər vaxtlarda onların ədalətli həllini görmürük. Xüsusilə istehlakçılarn haqqı daha çox məhsulların lazımı keyfiyyətdə olmadığı tədqirdə onlar Qanunlarda göstərilmiş hüquqlarından istifadə etmir, bu da çox vaxt onların məlumatsızlığından daha doğrusu hüquqi savadsızlığıdan irəli gəlir. Hüquqlarını bilənlər isə bundan istifadə emək istəmir. Sadəcə uzun –uzadı məhkəmə prosesindənsə baş vermiş hala göz yumur. Nəticədə isə yüzlərlə insanın haqqı pozulur. Burada əsas çıxış yollarından biri istehlakçıların hüquqi maarifləndirilməsi tədbiridir. Hansı ki xarici ölkələrdə bu məsələyə xüsusi önəm verilir.