Habil Əliyev/Biblioqrafiya/Lətifələri

../ Habil Əliyev/Biblioqrafiya

../


Bir gün Habil Əliyev müğənni Nazim Ağayevlə üz-üzə gəlir. Onun kefsiz olduğunu görüb soruşur ki, Nazim nolub?

Nazim Ağayev gileylənir:

— Həkimdən gəlirəm. O, mənə dedi ki, belimdə, dizimdə, ayağımda duz yığılıb. Məndə möhkəm duzlaşma gedir.

Habil Əliyev zarafatla deyir:

— Nazim, həkim gözünün içinəcən yalan deyir. Azərbaycanda səndən duzsuz adam yoxdur. Fikir eləmə!


Bir gün Habil Əliyevin iştirak etdiyi məclisdə Faiq Ağayev də olur. Habil müəllim də bunu harda görürmüşsə biabır edirmiş ki, "mavidi". Faiq də sənətkarı gorən kimi əl-ayağa düşür, burdan oturma ordan otur zad... axırda da çıxardır cibinə 500 manat qoyur ki, cib xərcliyidir oğul payı kimi qəbul edin... Habil Əliyev üzünü tutur musiqiçilərə deyir:

-Ayə bəs deyirdiniz bu kişi döyüll)))


Habil Əliyev: "Çayxanada oturub çay içirdim. Bir nəfər gəldi ki, “Habil müəllim, yaxşı ki, sizə rast gəldim. Eşitmişəm öd kisənizdə daş var, sizi otlarla müalicə edəcəyəm”.

O, torbasından müxtəlif qurudulmuş otlardan çəngələyib mənə verdi və sonra da necə istifadə etməyi öyrətdi. Mən ondan soruşdum:

- Qardaş, sən həkimsən, yoxsa türkəçarə ilə məşğulsan?

O, dedi:

- Hə, hə Habil müəllim, həkiməm, mal həkimi..."


Bir dəfə Habil Əliyev Ağdaşa, qardaşıgilə qonaq gedir. Qardaşı deyir ki, Ucarın Qızılqumlaq kəndində bir qohumları rəhmətə gedib, mütləq yas yerinə baş çəkmək lazımdır. Gedirlər hüzr yerinə. Orda məlum olur ki, uzun illər dəmir yolunda fəhlə işləmiş rəhmətliyi qatar vurub öldürüb.

Hadisə belə olub: Rəhmətlik iki relsin arası ilə yolu yoxlaya-yoxlaya gedirmiş. Bu zaman qarşı tərəfdəki qonşu yolla qatar gəlirmiş. Demə, həmin anda arxadan da başqa qatar yaxınlaşırmış.

Arxadan gələn qatar nə qədər siqnal verirsə, rəhmətlik yoldan çıxmır, elə bilir siqnalı verən qarşıdan gələn qatardı. Beləcə o, qatarın altında qalıb ölür. Habil Əliyev və qardaşı yas mərasimindən geriyə - Ağdaşa qayıdanda gecəyə düşürlər. Maşınla pambıqlığın arası ilə gedən torpaq yolla irəliləyərkən görürlər ki, yolu su basıb. Sən demə, pambıqlığa buraxılan su yola axıbmış...

Sulu yolda maşın palçığa batıb qalır. Sözün qısası, maşını palçıqdan çıxarınca əl-ayaqları, üst-başları batır. Maşını güc-bəla ilə çıxarandan sonra qan-tər içində olan Habil Əliyev hirsli-hirsli ölən qohumunun adını tutub onun qarasınca deyinir:

- Ay rəhmətliyin oğlu, qatar siqnal verir, çıx yoldan qırağa də!...


Bir gün qonşusunu bikef görən Habil müəllim soruşur ki, bəs nə olub bikefsən?

Qonşusu da: Çox utanıram Habil müəllim. Gece yataq otağımızın pərdəsi açıq qalıb, qonşu binadan gören olar diyə fikirləşib utanıram.

Habil müəllim də gülə-gülə: Əşşi mən də deyirəm nolub, heç kefini pozma, görüb soruşan olsa, de ki, mən deyildim.


Bir gün Habil Əliyev televiziyada Niyaməddin Musayev ilə rastlaşır. Niyaməddin əyninə çox dar şalvar geyinibmiş. Habil bəy onu diqqətlə süzüb deyir:

- Bayaqdan fikirləşirəm, bu şalvarı əyninə necə geydiyini tapa bilmirəm, deyəsən rajokla geymisən?


Bir gün rəhmətlik Lütvəli Abdullayev, Habil Əliyev və bir də qatı dindar bir sənətkar Moskvaya qastrola gedirlər. Restoranda oturub tabaka sifariş edirlər. Dindar sənətkar ofisanta deyir ki, qardaş o toyuğu müsəlman kəsib? Ofisant da deyir ki, yox, burda müsəlman nə gəzir? Habil də deyir ki, ə onda bizə kabab ver. Dindar yenə deyir ki, o qoyunu müsəlman kəsib? Lütfəli də yeyib- içən adam, acından ölür. Ofisant yenə deyir ki, a kişi, burda müsəlman nə gəzir? Lütfəli deyir onda bizə dana basdırması ver.

Dindar yenə əl çəkmir, soruşur ki, onu müsəlman kəsib? Habil Əliyev də hirslənib deyir ki, ala burda müsəlman kəsən bir dənə bu var. Yeyirsən ye, yemirsən imkan ver zakazımızı verək :)))))


Tibb Universitetində Habil Əliyevlə tələbələrin görüşü keçirilirmiş.

Orta cərgədə bir tələbə ayağa durub, amiranə görkəmli müstəntiq kimi soruşdu:

- Yoldaş Əliyev, axı necə oldu ki, kamança çaldınız? Necə oldu ki, kamança alətini seçdiniz? Cavab verə bilərsinizmi?

Bunu deyib əyləşdi.

Habil Əliyev bir müttəhim görkəmi aldı, büzüşüb məzlumlaşdı. Fağır bir səslə dedi:

- Vallah, necə deyim, uşaq olmuşam, qanmamışam...


Bir gün Habil müəllimdən soruşurlar ki, dünyada ən ağıllı insanlar kimlərdir?

- Əlbətdə azərbaycanlılar.

- Niyə?

- Ona görə ki, onlar çay içəndə içinə limon atırlar ki, bu da çaydakı zərərli maddələri özünə çəkir.

- Bəs dünyanın ən axmaq insanlar kimlərdir?

- Yenə azərbaycanlılar.

- Bəs niyə?

- Çünki onlar limonlu çayı içəndən sonra, içindəki limonu da yeyirlər...)))


Kamanca ustası Habil Əliyev arvadı ilə gedir Ursetə. Orada mağazalardan birinə alış-veriş üçün girirlər. Satıcı qız Habilin xoşuna gəlir. Deyir: "Arvad bunu bəlkə alaq aparaq Bakıya?" Arvadı deyir: "nə ücün?" Habil qayıdır ki, "arvad, istifadə edərsən, sənə ev işində komək olar, filan... Sənə lazım olmayanda da mən istifadə edərəm..."


Bir gün məclislərin birində Ədalət Şükürov gəlib Habil Əliyevə sevinərək deyir:

- Habil müəllim, məni təbrik edin, mənə əməkdar artist adını verdilər.

Habil Əliyev də dəhşət içində soruşur:

- Nəəə? Sən də aldın? Əşşi onlar verirdi verirdi, sənin abrına nə gəlmişdi ki, götürürdün?