İkinci nəsil — (1959-1963).Kompüterlərin ikinci nəsli tranzistorların yaradılması ilə bağlıdır. Tranzistorlar elektron lampalarına nəzərən daha kiçik və az enerji sərf edirdi.Tranzistorların iş etibarlılığı və emal sürəti yüksəkdir.Tranzistorların kəşfi ilə yanaşı həmin dövrdə kompyuterlərin inkişafına təsir edəcək, başqa istiqamətlərdə də irəliləyiş var idi. Xarici yaddaş vasitələri kimi maqnit lenti və diski perfokartı əvəz etdi. Maqnit yaddaşlar daha yüksək sürətli müraciəti təmin edir.Onların informasiyanı saxlama sıxlığı xeyli yüksəkdir.
Yüksək səviyyəli proqramlaşdırma dillərindən(Fortran,Cobol və s.) istifadə edilməsi kompyuterlərdən istifadə edənlərin siyahısını genişləndirdi.