Birinci nəsil — (1951-1958). Kompyuterlərin birinci nəslində elektron lampaları əsas məntiq elementi idi.Bu lampalar qızır və tez-tez sıradan çıxırdı. Kompüterlər işləyərkən xeyli elektrik enerjisi sərf edilirdi. Bu maşınların bir nöqsanı da hesablama işlərinin təşkili ilə bağlı idi. Belə ki,istənilən məsələni həll etmək üçün müvafiq alqoritmi -proqramı ikilik kodlar şəkilndə tərtib etmək lazım gəlirdi ki,buda çətin, yorucu və tez-tez səhvlərə gətirib çıxaran bir iş idi. Maşına verilənlər perfokartlar şəklində daxil edilir və nəticələr də perfokartlara çıxarılırdı.