Heyvandarlıq/Heyvandarlıqda parazitar xəstəliklər və mübarizə tədbirləri/Dikziokarılez

../ Heyvandarlıq/Heyvandarlıqda parazitar xəstəliklər və mübarizə tədbirləri

../

Dikziokarılez. Dikziokarılez xəstəliyi qoyunları yoluxma vaxtı cənub zonalarında otlaqda əsasən yaz və payız aylarında olur. Azərbaycanın aran zonasında yay aylarında həmişə yoluxma olmursa da dağ çəmənlikləri yoluxmaq üçün əlverişli olur. Quzular yaşlı qoyunlara nisbətən xəstəliyə daha çox tutulur. Bu xəstəlik zamanı qoyunlarda tez-tez kəskin öksürmələr olur. Bəzən qoyunların çənə və boyun altında, bəzilərində isə köks qəfəsi və qarın boşluğu altında belə şişlər aşkar edilir. Dikziokarılezdən tələf olumuş qoyunların cəmdəkləri arıq olur. Dərisində bəzi nahıyələrində tük tökülür. Ağ ciyərin böyüməsi, rənginin qacqınlığı, bronxların selikli qişasının şişkinliyi nəzərə çarpır. Bu xəstəlik heyvandarlıq təsərrüfatlarına ciddi zıyan vurur.

Dikziokarılezin müalicəsi. Dikrazin–sitraf suda hazırlanmış steril məhlul halında qoyunlara hər 10 kq çəkiyə 4 ml hesabı ilə dəri altına 2 dəfə 24 saatlıq fasilə ilə vurulur.

Sizid 10%-li steril məhlul halında hər 10 kq dıri çəkiyə 2,5 ml dozada dəri altına 3 dəfə birinci, ikinci və dördüncü günlər vurulur.