Kosmetika/Çiyələk lasyonu
Keçmişdə Azərbaycanda çiyələyi dərini cavanlaşdırmaq məqsədilə istifadə edirdilər.
Kosmetika/Çiyələk lasyonu | |
---|---|
Kateqoriya: | Lasyonlar |
Porsiya: | 10 |
vaxt: | 3 dəqiqə |
Hazırlanma mürəkkəbliyi: |
Müasir mütəxəssislər belə bir resepti məsləhət görürlər:
- 25 q yetişmiş təzə tər çiyələyi əzirlər və nazik parçadan süzürlər,
- bir çimdik soda,
- bir neçə damcı spirt əlavə edərək yaxşıca qarışdırırlar,
- 1/4 stəkan süd əlavə edirlər.
Soyuducuda bu lasyonu xeyli vaxt saxlamaq olar. Heç olmasa gündə bir dəfə üzə sürtmək məsləhət görülür, 10 dəqiqədən sonra ev temperaturunda olan su ilə yumaq lazımdır.