Kosmetika/Xiyar maskaları
Kosmetika/Xiyar maskaları | |
---|---|
Kateqoriya: | Kosmetika haqqında kitablar |
Porsiya: | 10 |
vaxt: | 3 dəqiqə |
Hazırlanma mürəkkəbliyi: |
Xiyardan Koreya maskası
redaktəNəmliyini itirmiş və həssas dəri üçün məsləhətdir. Bu maskadan çox vaxt Koreyada SPA zamanı istifadə edirlər. Maska dərini yaxşı yumşaldır və sakitləşdirir. Demək olar ki, hamıya uyğundur.
Tərkibi:
- 1 xörək qaşığı badam yağı (apteklərdə satılır)
- 1 xörək qaşığı bal
- 1 xörək qaşığı təzə xiyarın ətli hissəsi
Əvvəlcədən təmizlənmiş sifətinə yağı, balı və xiyarı növbə ilə lay-lay sürtmək lazımdır. 10-15 dəqiqə saxlandıqdan sonra silinir.