Lətifələr/Bəhlul Danəndə
←../ | Lətifələr |
../→ |
Günlərin bir günü Bəhlul özünü peyğəmbər elan edir. Xəlifə bunu eşidir, Bəhlulu hüzuruna çağırtdırır və soruşur:
- Sən kimsən?
- Mən peyğəmbərəm, - deyə Bəhlul cavab verir.
- Peyğəmbər olduğunu sübut edən bir möcüzə göstərə bilərsənmi?
- Bəli!
- Necə?
- Mən adamın düşündüyü fikri oxuya bilərəm? Məsələn, xəlifə sağ olsun, sən fikirləşirsən ki, mən yalan deyirəm, peyğəmbər deyiləm.
Harun ər-Rəşid gülür:
- Sənə deyəcək sözüm yoxdur. Get, peyğəmbərliyini elə!