Linux


cd Change Directory söz birləşməsinin baş hərflərindən əmələ gəlib.

cd bir qovluqdan o biri qovluqa keçmək üçün bir əmrdi.

Məsələn:

cd /home/user/

Bu əmri icra etdikdə sizi /home/user kataloquna keçirəcək.

Əgər cari kataloqdakı hər hansı kataloqa keçmək istəsəniz

cd kataloq

yazmaq olar.

Cari kataloqdan yuxarı səviyyədə duran kataloqa keçmək üçün (yuxarıdakı misalda user kataloqu üçün home kataloqu)

cd ..

Əlavə məlumat:

man cd