Mövüc - (tumlu üzüm qurusu) Abşeronda geniş yayılan çərəz növüdür.

Azərbaycan kulinariyasında mövücdən geniş istifadə olunur. Üzüm tumlu qurudulanda mövüc, tumsuz qurudulanda isə kişmiş adlanır. [1] Ən yaxşı üzüm qurusu səbzə, şahani, ağ kişmiş, qara kişmiş və s.-dir. Üzümün növündən asılı olaraq, mövüc və kişmiş açıq-qəhvəyi, tünd qəhvəyi, qaramtıl rənglərdə ola bilir.

Hazırlanması

redaktə

Mövüc hazırlamaqdan ötrü üzüm salxımı 15-20 dəqiqə müddətində isti duzlu suya salınır. Bundan sonra salxımlar qurudulur. Quruyandan sonra gilələyib qışa saxlayırlar. Digər bir qaydaya görə isə ağ şanı üzüm növünü yalnız günün altında qurutmaqla mövüc hazırlanır. [2]

Digər üsula görə, üzümü tamam yetişdikdən sonra qurutmaq lazımdır. Yaxşı olar ki,qurutmaq üçün nəzərdə tutulan üzüm tənəkdə qalıb tamam yetişərək şirə salsın. Sonra üzümü tənəkdən dərib salxımda olan çürümüş və əzilmiş gilələri ayırırlar. Üzümü tez-tez o üz-bu üzə çevirməklə tabaqlarda 3 gün müddətində qızmar günəş altında qurutmaq məsləhət görülür. Tamam qurumuş üzüm gilələri asanlıqla salxımdan qopub tökülür.Həmin gilələri havada qurudub sonra qablara yığırlar,qışa saxlayırlar.Kölgədə qurudulmuş Mövüc uzun vaxt tələb etsə də daha keyfiyyətli olur.[3]

İstinadlar

redaktə
  1. Quliyev Varis. “Yerli bitki xammalı əsasında kişmiş və mövüc hazırlanmasının təkmilləşdirilmiş üsülü” metodikası
  2. Azərbaycan Kulinariyası Ensiklopediyası. Şərq-Qərb 2007
  3. http://qadin.net/index.php?newsid=29691