Mətn redaktorları
Mətn proqramları mətnlər yaradılması və redaktəsi üçün nəzərdə tutulmuşdur. Mətnlərin yalnız daxil edilməsi və redaktəsi üçün istifadə edilən proqramlar mətn redaktorları, əlavə olaraq mətnlərin formatlaşdırılması üçün istifadə olunan proqramlar isə mətn prosessorları adlanır.
Windows ƏS-nə standart Notepad (Блокнот), Write mətn redaktoru və sadə Wordpad mətn prosessoru daxildir. Windows sistemində formatlaşdırılmamış mətn faylının genişlənməsi .txt, Wordpad-ın genişlənməsi isə .rtf-dir. Daha geniş istifadə olunan mətn prosessorlarına Word 6.0, 7.0, 97, 2000, 2003, 2007, Leksikon 9.0, AmiPro 3.1 və s. misal göstərmək olar.
Bir çox mətn prosessorları üçün ümumi olan anlayışlara baxaq:
- Simvol – sənəd mətnin minimal elementidir.
- Abzas – Word proqramında abzas dedikdə, abzasın sonu işarəsi (¶) ilə qurtaran mət fraqmenti başa düşülür. Abzasın sonu Enter düyməsinin basılması ilə daxil edilir.
- Kolontitul – bütün səhifələrdə təkrar olunan səhifə sərlövhələridir. Səhifə sərlövhələri səhifənin yuxarısında və aşağısında ola bilər.
- Şərh (Qeyd) – əsas mətndən xaricdə yerləşən və mətnin hər hansı sözünə və ya cümləsinə verilən izahatdır.
- Bölmə – sənədin ayrıca bir hissəsidir ki, buradakı səhifələrin öz parametrlərinin və kolontitullarını təyin etmək mümkündür. Bölmələrin sərhədləri ayırıcılarla qeyd olunur.
- WYSIWYG (What You See Is What You Get – nə görürsənsə, o da çap olunur) rejimi onu göstərir ki, redaktə olunmuş sənəd ekranda necə görünürsə, o cür də çap olunur.
Microsoft Word – güclü mətn redaktoru olub istənilən mürəkkəb sənəd yaratmaq üçün nəzərdə tutulmuşdur. Hazırda dünyada ən populyar proqram hesab olunur. Word sürətli əmrlər yığımı və yazının qramatikasını yoxlayan proqramlar, sinonimlər lüğəti kimi müasir alətlərlə təchiz olunmuşdur ki, onların köməyi ilə sənədi savadlı tərtib etmək, çox asanlıqla və vaxt itirmədən məktubları, hesabatları, qeydləri və təsvirləri birləşdirmək mümkündür. Microsoft Word proqramı mətn yaratmaq üçün istifadə edildiyinə görə bu cür proqramlara mətn redaktorları deyilir (Notepad (Блокнот), WordPad).