MS-DOS/Bəzi əmrləri

MS-DOS

Sister Projects. Həmçinin baxın: Haqqında •


İki tip əmrlər müvcuddur:

daxili əmrlər
xarici əmrlər

Daxili əmrlər.Bu ən sadə və ən çox işlənən əmrlərdir.MS-DOS sistemində yadda saxlanılan fayllara baxarkən biz bu əmrləri görmürük.Onlar COMMAND.COM faylının əsas və böyük hissəsini təşkil edir.Daxili əmrləri istifadə edərkən onlar dərhal aktivləşir. MS-DOS əməliyyat sisteminin daxili əmrləri bunlardır:

Break Del Mkdir Set If Rmdir Vol
Chdir Dir Path Shift Goto Ren Verify
Cls Echo Pause Time Rem Ver Dat
Copy Exit Prompt Type Ctty For və s.

Xarici əmrlər. Xarici əmrlər diskdə proqram faylları kimi yerləşir. Onları həyata keçirməzdən əvvəl onlar diskdən oxunmalıdırlar. .COM, .EXE və .BAT ilə genişləndirilmiş istənilən faylın adı xarici əmr kimi göstərilir. Məsələn: FORMAT.COM və DİSKCOPY.COM. Bütün xarici əmrlər özlərindən fayl təşkil edirlər ki, bu səbəbdən siz də öz əmrlərinizi yaradıb Ms-DOS-a daxil edə bilərsiz. Siz tərəfindən yaradılan bütün proqramlar (proqramlaşdırılmanın dilindən asılı olmayaraq) .EXE genişləndirilməsi ilə olacaq.Xarici əmrlərin daxil edilməsi zamanı faylın genişləndirilməsini yazmağa ehtiyac yoxdur.

Xarici əmrlər bunlardır:

Assign Chkdsk Attrib More Backup Print Link Format
Recover Command Restore Join Share Sort Find Diskcopy və s.

Əmrlərin açıqlaması:

Attrib-atributları yükləmək, baxmaq və götürmək üçün xarici əmr

Dir-kataloqa baxmaq.

Dir/p-səhifəli baxış Dir/a-bütün tip,həmçinin sistem və gizli fayllara baxış Dir disk:\fayl /s /a-göstərilən faylı göstərilən diskdə axtarmaq cd-növbəti kataloqa keçid(Məsələn:C:\mydocs\book\pc) cd\-kataloqun kökünə keçid a:-"A" diskinə keçid d:-"D" diskinə keçid copy-surətini çıxarmaq del-pozmaq move-yerini dəyişmək rename-adını dəyişdirmək md-yeni qovluq yaratmaq RD-boş kataloqu silmək DelTree-bütün göstəriləni silmək(boş olmayan kataloqu silmək) Type-kiçik mətnlərə baxmaq more-istənilən faylın səhifəli baxışı.Ctrl+C basmaqla dayandırılır Help-kömək

DOS əməliyyat sistemlərində faylın işarəsi iki hissədən ibarətdir: adgenişlənmə. Bə'zən ad və genişlənməyə birlikdə faylın adı da deyilir. Ad və genişlənmə bir-birindən nöqtə ilə ayrılır. Faylın adı 1-dən 8-ə kimi simvolardan, genişlənməsi isə 0-dan 3-ə kimi simvollardan ibarət ola bilər. Faylın ad və genişlənməsində böyük və kiçik latın hərflərindən istifadə oluna bilər, amma disk də faylın adı yalnız kiçik latın hərfləri ilə yazılır. Faylın ad və genişlənməsində aşağıdakılardan istifadə etmək olar: