MS-DOS

Sister Projects. Həmçinin baxın: Haqqında •

MS-DOS (Microsoft Disk Operating System — Microsoftdan disklər üçün yaradılmış bir əməliyyat sistemi). MS_DOS – DOS ailəsinə aid olan ən məşhur əməliyyat sistemidir, əvvəllər İBM PC – kompyuterlərində istifadə edilirdi. Zamanla dəyişdirilərək Windows 9x və Windows NT-yə uyğunlaşdırılır.

MS_DOS 1981-ci ildə yaradılmışdır. Öz inkişafı mərhələsində onun 8 əsas versiyası buraxılmışdır (1.0, 2.0 və s.)və 20 ədəd başqa versiyası (3.1, 3.2 və s.). MS-DOS sisteminin çatışmayan cəhətlərindən biri istifadəçi interfeysinin həddən artıq primitiv olmasıdır. Yə’ni hər hansı proqramı yükləmək və ya digər əməliyyatları aparmaq üçün istifadəçi klaviaturada uyğun əmrləri yığmalıdır. 2000-ci ildə kompaniya onun istehsalını dayandırdı.

DOS ailəsinin əməliyyat sistemləri birməsələlidir və aşağıdakı xarakterik xüsusiyyətlərə malikdir:

  • istifadəçi tərəfindən daxil edilən əmrlərin köməyilə intefeys həyata keçirilir;
  • sistemin IBM tipli müxtəlif kompüterlərdə işləməsini tə'min etmək uçün struktur modulluğu;
  • sistemin işləməsi üçün nisbətən kiçik ölçülü əməli yaddaş (640 kbayt).

DOS ailəsindən olan əməliyyat sistemlərinin mühüm çatış­mazlığı fərdi kompüter resurslarına və ƏS-nə icazəsiz müra­ciətdən mühafizə vasitələrinin olmamasıdır.

MS-DOS əməliyyat sistemi diskdəki verilənlərin idarə edilməsində yeni üsullardan istifadə etməklə, servis proqramlar üçünolduqca geniş əmrlərdən istifadə edir. PC-DOS 1.0 və MS-DOS 1 .0 əməliyyat sistemləri 64 Kbayt yaddaşdan istifadə etməklə, yalnız 8Kbayt yer tutur.İlk vaxtlar IBM PC modelləri 160Kbayt disketlər üçün disk aparıcısından ibarət olduğundan PC-DOS 1.0-sistemi yalnız bu qurğular üçün nəzərdə tutulmuşdur.1983-cü ilin martında IBM PC XT modeli üçün MS-DOS 2.0 yaradıldı. Bu yeni əməliyyat sistemi 360Kbayt disket və 10Mbayt sərt disk üçün nəzərdə tutulmaqla, kataloqlar üzrə faylların çeşidlənməsi imkanına malik idi.MS-DOS-un əsas inkişaf tarixi versiyalarının üçüncü nəslinin yaradılması ilə başlandı. 1984-cü ilin noyabrında MS-DOS 3.1,1985-ci ilin dekabrında MS-DOS 3.2 və 1987-ci ilin aprelində isə MS-DOS 3.3 əməliyyat sistemləri meydana gəldi. Bu versiyalardan çox geniş yayılanı MS-DOS 3.3 oldu. MS-DOS 3.0 əməliyyat sistemi Intel 80286 mikroprosessoru, 5,25-düym disk aparıcısı (1,2 Mbayt disketlər üçün) və 20-Mbayt sərt diski olan yeni model IBM PC AT kompüterləri üçün nəzərdə tutulmuşdur. MS-DOS 3.2 isə 720Kbayt 3-düym disketlər və məntiqi bölmələri olmaqla tutumu 32Mbayt olan sərt disklər üçün nəzərdə tutulmuşdur. Bu sistemə milli valyutanın təsviri, vaxtı, simvollar cədvəli və klaviaturanın düzülüşünü nəzərə alan əlavələr edilmişdir. MS-DOS 3.3 isə əvvəlkilərə nisbətən yeniləşdirilərək, 3,5 düym 1,44Mbayt disketlər üçün işləyirdi. Bu dövrdə IBM Microsoft firmaları 80286 və 80386 mikroprosessorları olan kompüterlər ilə uyuşan IBM PC kompüteri üçün yeni əməliyyat sistemi olan OS/ 2 üzərində işləyirdilər. MS-DOS-dan fərqli olaraq OS/2 çox məsələli rejimdə işi tə'min edirdi.OS/2 sistemi 1987-ci ilin noyabrında yarandı, amma çoxda populyar olmadı. 1988-ci ildə yaradılan MS-DOS 4.0 və 4.1- də demək olar ki, istifadəçiləri cəlb etmədi. İstifadəçilər əsasən MS-DOS 3.3-ə üstünlük verirdilər ki, bu əməliyyat sistemi MS-DOS 4-ə nisbətən əməli yaddaşda 10 Kbayt az yer tuturdu. MS-DOS sisteminin çatışmayan cəhətlərindən biri istifadəçi interfeysinin həddən artıq primitiv olmasıdır. Yəni hər hansı proqramı yükləmək və ya digər əməliyyatları aparmaq üçün istifadəçi klaviaturada uyğun əmrləri yığmalıdır. Buna baxmayaraq IBM RS kompüterlərinin milyonlarla istifadəçiləri MS-DOS-dan razılıqla istifadə edirdilər. Bununla yanaşı Microsoft firması MS-DOS-un çatışmazlıqlarını aradan qaldırmaq üçün ciddi tədqiqatlar aparırdı. İlk növbədə istifadəçiləri qrafiki interfeyslə təmin edilməsi problemi həll olundu və Windows adlı qrafiki interfeysli sistem yaradıldı. Lakin yaradılan bu sistemin ilkin variantları MS-DOS tərəfindən yüklənir və xüsusi statusla idarə olunurdu. Kompüterin bütün yaddaş həcminə müraciət MS-DOS-un drayveri Himem. sys və MS-DOS-un genişlənməsi adlanan xüsusi sistem tərəfindən aparılırdı. Bununla da çoxməsələli iş rejiminin tam qrafiki pəncərə interfeysi ilə birlikdə həyata keçirilməsinə imkan yarandı. 1993-1994-cü illərdə MS-DOS-un bir neçə versiyaları satışa buraxıldı. Bunlardan ən əhəmiyyətlisi MS-DOS 6.0, çoxlu orijinal və lisenziyalı proqramların, o cümlədən, venilərin dinamiki sıxılması ilə diskin fayl tutumunu artıran Microsoft Double Space proqramının olması ilə fərqlənirdi. MS-DOS 6.2 və MS-DOS 6.22 versiyalarında həmin proqram daha da təkmilləşdirildi. Metodik göstəriş MS-DOS 6.22 əməliyyat sisteminə əsaslanaraq tərtib olunmuşdur.