Maliyyə/Maliyyə siyasəti/Maliyyə siyasətinin təşkili prinsipləri

../ Maliyyə/Maliyyə siyasəti

../

Maliyyə siyasəti formalaşdırılarkən ölkədə idarəetmənin əsas təşkili xüsusiyyələri müəyyən edilməlidir. Bunlara aşağıdakıları aid etmək olar:

  • 1. Sərbəstlik prinsipi (hər hansı bir müstəqil dövlət öz maliyyə siyasətini özü, heç bir kənar təsir olmadan, öz daxili iqtisadi xüsusiyyətlərini nəzərə alaraq formalaşdırır)
  • 2. Dövlətin iqtisadiyyata ehtiyatlı müdaxiləsi. (dövlət bütün iqtisadi fəaliyyəti öz əlində cəmləşdirmir, köklü maliyyə məsələlərini bazar iqtisadiyyatının tələblərini nəzərə almaqla idarə edir, özəl bölmənin fəaliyyət müstəqilliyi toxunulmaz qalır)
  • 3. Maliyyə siyasətinin həyata keçirilməsində və idarə edilməsində demokratik prinsiplərə əməl edilməlidir.
  • 4. Ümumdövlət maliyyə fondlarından istifadə edərkən həm dövlətin, həm də ayrı-ayrı iqtisadi regionların sosial-iqtisadi inkişaf mənafeyi nəzərə alınmalıdır.
  • 5. Dövlət maliyyəsi illə təsərrüfat subyektlərinin maliyyəsinin qarşılıqlı əlaqəsi təmin edilməlidir.
  • 6. Maliyyə sisteminin bütün həlqələrinin, xüsusilə büdcənin gəlir və xərclərinin tarazlaşdırılması təmin etməlidir.
  • 7. Ölkənin maliyyə resursları üzərində dövlət nəzarəti təmin edilməlidir.
  • 8. Fövqəladə xərclərin ödənilməsi üçün dövlətin maliyyə ehtiyatları yaradılmalıdır.
  • 9. Ümumdövlət vəzifələrinin vaxtında maliyyələşdirilməsi məqsədilə dövlətin sərəncamında zərurui miqdarda maliyyə resursları cəmlənməlidir.