Marketinq/Aqromarketinqin təşkili
←Aqromarketinqin xüsusiyyətləri | Marketinq |
Kənd təsərrüfatı məhsullarının marketinqi→ |
İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, k/t-ı məhsullarının istehsalı ilə məşğul olan sahibkarların səmərəli fəaliyyəti оnların öz işlərini bilavasitə bazarın təlabatına uyğun qurmalarından asılıdır. Ona görə də marketinqin prinsipindən bacarıqla yaradıcı şəkildə istifadə edilməsi zəruridir. K/t-ı məhsullarının marketinqi isə ilk növbədə bazarın tədqiqindən başlayır. Alıcılarınız kimlərdir və haradadır? Alıcıların kim olduğunu bilmək əhəmiyyətli dərəcədə vacibdir. Ilk növbədə sənin hazırkı alıcıların və yeni potenisial alıcıların kim ola biləcəyi barədə fikirləş.
Özün-özündən soruş:
Onlar kimdir?
Onlar hardadır?
Onların tələbatı nə qədərdir?
Onlar hal-hazırda və gələcəkdə nə istəyirlər?
Onların mövcud tələbatları nədir və bu tələbatlar necə dəyişə bilər?
Onların məhsul almaq üçün nəzərdə tutduqları obyektlər hansılardır (topdansatış, pərakəndə satış, bazar və s.)? Bir sözlə alıcılar haqqında nə qədər çox məlumat toplasan marketinqin səmərəli təşkili o qədər asan olur.
Sahibkar biznes fəaliyyətini uğurlu aparmaq üçün “Birinci alıcıdan soruş, sonra təmin et” üsuluna inanmaq və onu tətbiq etmək istəyində olmalıdır.
Biznesin müvəffəqiyyətli aparılmasına marketinq tədqiqatları ilə yanaşı, siyasi, iqtisadi, sosial və texnoloji amillər də əhəmiyyətli dərəcədə təsir göstərir. Bunlardan başqa alıcılarla davranış, alıcılarda inam yaratmaq, alıcıların fərdi xüsusiyyətləri və sosial sinif amili də tədqiqat sahəsinə daxil edilməlidir.