MediaViki müzakirəsi:Deletereason-dropdown
Silmə səbəblərinə Azərbaycan dilində olmayan məqalə də əlavə olunmalıdır. --Cekli829 04:22, 19 sentyabr 2011 (UTC)
Nəhayət ki, silmə səbəblərinə Vikikitab qaydalarına uyğun deyil də əlavə olundu. İndi qalır o bənd əsasında Vikikitabda olan Azərbaycan dilində olmayan məqalələrin və şeirlərin silinməsi. Şeir demişkən, bütün şeirlər silinməlidir. Çünki şeirlərin yeri Vikikitab deyil. Vikimənbədir. Vikikitabdakı mövcud vəziyyət isə biyabırçılıqdır. Bu biyabırçılıq isə elə qapının ağzından başlayır. Bu layihədəki Ana Səhifənin Vikikitabın digər dil versiyaları ilə müqayisəsi mükün deyil. Çünki Vikikitab qaydalarının pozulması elə Ana Səhifədəcə nəzərə çarpır. --►Safir yüzüklü Ceklimesaj 13:07, 28 sentyabr 2011 (UTC)
Cekli biyabırçılıq budur ki, hələdə Vikimənbə ilə Vikikitabın fərqini bilmirsiz. Vikimənbədə nəzərinizə çatdırım ki, yalnız hardasa nəşr olunmuş və müəlifin icazəsi olan və ya 70 il öncə nəşr olunmuş ədəbiyyat daxil edilə bilər. Vikikitabda isə müəlliflərin birgə yaratdıqları kitablar saxlanılır. Digər dillərdə yazılan şeirlərə qaldıqda isə bunu yazan Azərbaycanlı şairdir. Və bu şeirlər onun kateqoryasında yerləşir. Gülünclük bu olar ki, yazarlarımızın digər dillərdə yazdıqları ilə tanış olmayaq. Bu əsil biabırçılıqdır. Cek dilinin əlifbası olsaydı və sizin könlünüzdən kəndinizi vəsf etmək keçsəydi onun şeirlərini harda yerləşdirərdiz? Yəqin ki, yenədə Azərbaycan sehifelerinde.--E-citizen 05:28, 29 sentyabr 2011 (UTC)
Vikimənbə ilə Vikikitabın fərqini bilirəm. Əgər Siz bu fərqi bilirsinizsə, onda nəyə görə şeirləri Vikikitaba yerləşdirirsiniz? Vikikitabın hansı inkişaf etmiş layihəsində şeir var? Heç birində! Əgər Siz bu fərqi bilirsinizsə, onda nəyə görə "Çaşıoğlu" nəşriyyatında çap olunmuş əsərlər buradadır? Çünki Irada onların burada qalmasında maraqlıdır. Çap olunmuş əsərlərin yeri Vikimənbədir. Vikikitab deyil! O məqalələr milyon il də burada qalsa, nə Qarabağ geri qayıtmayacaq, nə də ... Cek dilinin əlifbası olsaydı, Metaya yeni bir Vikilayihənin açılması üçün müraciət edərdim. --►Safir yüzüklü Ceklimesaj 08:23, 29 sentyabr 2011 (UTC)
Qaydaları dəfələrlə izah etməkdən yorulmuşuq. Müəllif hara istəsə əsərlərini daxil edə bilər. Şeirlər heç bir kitabda nəşr olunmayıbsa o necə vikitabda otura bilər. Birdə konkret olaraq sizin bu şeirlərə belə can fəşadlıqla ilişməyiniz mənə qarşı şəxsi qərəzlikdir. Vikipediyada şeirlərin müəllifinin müzakirə səhifəsində istehzalarınız qayda pozuntusudur. Mənim fəaliyyətimi təqib etməyin. Əks halda idarəçiyə şikayət edəcəm və müddətsiz bloklanmanızı tələb edəcəm. Əgər müəllif icazə verirsə çap olunub olumamasından asılı olmayaraq vikitabda yer ala bilər. P.S. Bəyənmədiyiniz Azərbaycan dilində yegənə viki kitabı birdə səhifələyin.--E-citizen 11:26, 29 sentyabr 2011 (UTC)
Müəllif hara istəsə əsərlərini daxil edə bilər? Çap olunmuş heç bir əsər, həmçinin şeirlər müəllif icazə versə belə Vikikitabda ola bilməz. Vikimənbədə olmalıdır. Digər Vikikitablarda belə bir nümunə varmı? Təbii ki, heç bir ciddi Vikikitabda belə hallar mövcud deyil. Mən kiminsə fəaliyyətini təqib etmirəm və nə də bunda maraqlı deyiləm. Mən Vikikitabdakı mövcud qüsurları bildirirəm. Məni hədələməyə haqqınız yoxdur. İdarəçiniz onsuz da 1 dəfə məni əsassız bloklayıb. Növbəti addımından isə qətiyyən təəccüblənmərəm. Hər halda ermənilər də HyVikidə məni müddətsiz bloklayıb. Sadəcə burada əgər elə bir hal baş verərsə, ermənilərdən yalnız 1 fərq ola bilər. Mən HyVikidə erməniləri Cek dilində təhqir etmişdim. Amma burada isə heç bir qüsurum olmayıb. Elə ona görə də Metada qısa müddət ərzində müvafiq səhifədə fəaliyyət göstərməyim kifayət edəcək ki, ədalətli nəticəyə nail ola bilim. --►Safir yüzüklü Ceklimesaj 11:56, 29 sentyabr 2011 (UTC)
Əlavə
redaktəWertuose, təklif edirəm ki, buraya "Azərbaycan dilində olmayan səhifə"ni də əlavə et. --►Cekli829 17:16, 18 avqust 2015 (UTC)