MediaWiki/Giriş
←../ | MediaWiki |
../→ |
Viki layihələrin yaradılması və idarə olunması üçün proqram mexanizmi kimi CMS MediaWiki (http://www.mediawiki.org) sistemi istifadə olunur. CMS istifadəçi ilə veb-sayt arasında qarşılıqlı əlaqə texnologiyasıdır və informasiyanın kollektiv işlənməsi, saxlanması, strukturlaşdırılmasını nəzərdə tutur ("MediaWiki” sözü multimedia və wiki sözlərindən yaranmışdır).
MediaWiki saytının loqotipində kvadrat mötərizələrin göstərilməsi, proqramda keçidlərin yaradılmasında bu üsuldan («», «») istifadə edildiyini göstərir. Bu isə o deməkdir ki, o, HTML sintaksisi ilə müqayisədə daha sadədir.
MediaWiki proqramı alman tələbəsi Manqus Manke tərəfindən xüsusi Vikipediya üçün yazılmışdır. Əvvəl Perl dilində yazılmış UseModWiki proqramı istifadə edilirdisə, sonralar proqramın PHP dilində yazılması qərara alınır və MediaWiki adlandırılır.