Microsoft Access/İşləmə qaydası
Microsoft Access |
Microsoft Access proqramını işə salmaq üçün: Start → Programs → Microsoft Access. Proqramla bərabər eyni adlı pəncərə açılır. Üç rejimdən biri seçilir:
- Blank Database (Новая база данных) – yeni boş bazanın təşkili.
- Database Wizard (Мастера,…) – bazanın master vasitəsilə təşkili.
- Open an Existing Database (Открыть базу данных) – təşkil olunmuş bazalardan birinin açılması.
Microsoft şirkətinin yaratdığı bütün proqramlarda olduğu kimi, Microsoft Access pəncərəsinin yuxarı hissəsində proqramın adı, onun yanında isə verilənlər bazasının adı yazılır. Başlığın altında menyu sətri, bu sətrin altında isə alətlər paneli yerləşir. Alətlər vasitəsilə yerinə yetirilən əməliyyatlar, menyu bəndlərinin müəyyən sətrinin seçilməsi ilə də yerinə yetirilə bilər.