Microsoft Access 2000/Proqramın işə salınması

Giriş Microsoft Access 2000

Yeni bazanın təşkili


Relyasiya VB-da müxtəlif tipli verilənlər cədvəllərdə saxlanılır və bu cədvəllər arasındakı əlaqələr yaradılir. Nəticədə VB-da müxtəlif tipli dəyişənlərlə işləmək mümkün olur.

Microsoft Access proqramını işə salmaq üçün: Start → Programs → Microsoft Access.

Proqramla bərabər eyni adlı pəncərə açılır. Создание база данных sahəsində üç rejimdən biri seçilir:

  1. Blank Database (Новая база данных) – yeni boş bazanın təşkili.
  2. Database Wizard (Мастера,…) – bazanın master vasitəsilə təşkili.
  3. Open an Existing Database (Открыть базу данных) – təşkil olunmuş bazalardan birinin açılması.