Microsoft Access 2000/Sorğular

Cədvəlin eksport edilməsi Microsoft Access 2000

Sahələrin sorğulara daxil edilməsi


Sorğular vasitəsilə verilən kriteriyaya uyğun olaraq verilənlərin lazım olan hissəsi cədvəldən və ya bib-birilə əlaqəli bir neçə cədvəllərdən gətirilir. Sorğu verilənlər bazasında ayrıca obyekt kimi saxlanılır və lazım olduqda istifadə olunur. Soğular sabit və parametrik olur. Sabit sorğularda konkret kritetiyalardan istifadə olunur. Konkret sahə üzrə müxtəlif qiymətlərə uyğun sorğular təşkil etmək üçün parametrik sorğulardan istifadə olunur.

Sorğu vasitəsilə istənilən an lazım olan informasiyanı bazadan seçib götürmək olar. Bunun üçün müəyyən kriteriya lazımdır. Sorğunun yerinə yetirilməsi nəticəsində cədvələ yığılmış yazılar (запис) yığımı alınır ki, bunlar da Recordset – dinamik müvəqqəti dəyişən yığımı adlanır. Recordset-yazıları redaktə etmək mümkündür.

Access-də sorğular iki şəkildə olur:

  1. QBE (Query By Example) (запрос по абразцу) – məzmununa görə sorğu. Burada parametlər sorğu konstruktoru pənсərəsində təyin olunur.
  2. SQL (Structed Query Language) (структурированный язык запросов) – strukturlaşdırılmış sorğu. Bu sorğu təşkil olunan zaman operatorlar SQL dilinin funksiyaları tətbiq olunur.

Access-də QBE (Query By Example)-ni SQL (Structed Query Language)-ə və əksinə çevirmək olar. QBE (Query By Example) sorğuları

Sorğu rejimini açdıqda menyu açılır:

  • Design View (конструктор запроса) – sorğunun sərbəst (mastersiz) təşkili.
  • Simple Query Wizard (мастер простого запроса) – seçilmiş sahə üzrə sadə sorğunun təşkili.
  • Crosstab Queru Wizard (мастер перекрестного запроса) – burda sorğu kompakt formatda təşkil olunur, bu elektron cədvələ oxşayır.
  • Find Duplicates Query Wizard (мастер запроса поиска повторяющихся записей) – təkrarlanan yazıları tapmaq üçün sorğunun təşkili. (Bu yazılar cədvəl və ya sadə sorğulardan seçilir.)
  • Find Unmatched Query Wizard (мастер запроса поиска неподчиненных записей) – digər cədvəllə əlaqəsi olmayan yazıları seçmək üçün sorğunun təşkili.

Birinci rejimi seçirik. Konstruktor rejiminə daxil olmaqla sorğu konstruktorunun boş pəncərəsi və dialoq pəncərəsi açılır. Alətlər panelində görünüş (Вид) düyməsini basdıqda cədvəllər, sorğular, SQL (Structed Query Language) rejimi yazılmış siyahı açılır. Burada cədvəl rejimi seçilir və əlavə etmək (Add) düyməsi basılır, pəncərə bağlanır.

Sorğunun konstruktor pəncərəsi iki hissədən ibarətdir. Birinci hissədə sahələrlə birlikdə cədvəllər yerləşir. Cədvəlin adı bu hissədə görünür. Bir neçə cədvəl arasında sorğu qurmaq üçün cədvəllər arasında əlaqə yaradılır. Sorğunun işlənməsi bir neçə etapda yerinə yetirilir:

  • sahələrin sorğulara daxil edilməsi;
  • yazını seçmək üçün kriterinin qurulması;
  • yazının nizamlanması (müəyyən sahəyə uyğun).