Microsoft Access 2000/Web səhifələr
←Makroslar | Microsoft Access 2000 |
Access-də cədvəllərin eksportu müxtəlif formatlarda, məsələn, mətn, elektron cədvəli formatlarında və ya HTML faylı şəklində mövcuddur. HTML (Hypertext Markup Language, Гипертекставой язык меток) – bu Web brouzerin köməyi ilə mətn fayllarına baxmaq üçün istifadə olunan sistem kodlaşdırılmasıdır. Əgər biz belə tipli fayllara NotePad mətn redaktoru vasitəsilə baxsaq onun teqlərdən (kod) ibarət olduğunu görərik. Teqlər faylda verilənləri Internet Explorer brouzerin tanıdığı koda çevirir.
Web-səhifə çox vaxt eksport vasitəsilə təşkil olunur. Web-səhifələr Access-də başqa yolla da təşkil olunur. Hər səhifədə bir və ya bir neçə cədvəl ola bilər. Bundan başqa səhifələrdə elektron səhifələr və hiperistinadlar da ola bilər. Səhifədə dəyişənləri daxil, redaktə etmək və ya baxmaq olar.
Səhifəni yaratmaq üçün Страницы → Создать rejimi seçilir. Burada yeni Страницы menysu açılır:
- Konstruktor
- Mövcud Web-səhifə
- Səhifələr masteri
- Sütun üzrə avtosəhifələr
Yeni səhifə təşkil edən zaman səhifəyə ad susmaya görə (Click here and tupe title text, название страницы) verilir. Burada yeni adı daxil etmək olar. Səhifələrin siyahısı iki hissədən ibarət olur:
- Verilənlər bazası (bazanın adı, сədvəllər, sorğular). Göstərilən bazadan сədvəlləri və ya sorğuları daxil etmək üçün istifadə olunur.
- Səhifələr bölməsində səhifəyə daxil olan səhifələr göstərilir.