Microsoft Outlook Express/Elektron imza

../ Microsoft Outlook Express

../

Xidmət (Tools) bəndindən Parametrlər (Options) əmrini seçin.

İmza (Signatures) səhifəsinə keçin.

Yeni (New) düyməsinin üzərində mausun düyməsini basın

Kursorun yerini göstərin, sonra sizin imzanız kimi xəbərlərin hamısında göstəriləcək mətni yazın. Məsələn,

Rashad Aliev,

"Firststeps" Training Centre

rashad@firststeps.az

OK düyməsini basın.

Bu funksiya sizi hər göndərilən məktuba təkrar eyni məlumatı yazmaq məcburiyyətindən azad edir. Unvanın göstərilməsi.

Yeni bir məktub yazmaq üçün Outlook Express-in əsas pəncərəsində Yeni məlumat (New mail message) düyməsini basın.

Əgər ekranda əsas pəncərə yox, Daxil olan (Inbox) pəncərəsi açıqdırsa, mausun düyməsini Yeni məktub (New mail) düyməsi üzərində basın.

Ekranda Məktubun tərtibi (New message) pəncərəsi açılır. Burada birinci sətirdə məktub göndərilən elektron Ünvan, ikinci-üçüncü sətirlərdə lazım gəldikdə məktubun surətini göndərmək üçün ünvanlar və, nəhayət məktubun mövzusu yazılır.