Microsoft Outlook Express/Giriş
←../ | Microsoft Outlook Express |
../→ |
Elektron poçt – İnternetin ən populyar xidmətlərindəndir. Əvvəllər elektron poçt ilə yalnız mətn tipli informasiyalar ötürülürdüsə, hal-hazırda elektron məktublara şəkil, sənəd, audio-film və s. tipli fayllar göndərmək olar. Eyni zamanda poçt xəbərlərini HTML formatında yaratmaq mümkündür.
Outlook Express proqramı elektron poçt vasitəsilə məktub almaq və məktub göndərmək üçün istifadə edilən proqramdır və Internet Explorer brouzeri ilə birlikdə kompyuterə yüklənir. Outlook Express proqramı poçt ilə işləyən bir çox güclü proqramların malik olduqları imkanlara malikdir. Outlook Express proqramının imkanları:
Məktubların əldə edilməsi. Şəxsin poçt ünvana gələn və poçt serverində yığılan məktublar Outlook Express proqramı vasitəsilə istifadəçinin kompyuterinə gətirilir.
- Məktubların oxunması. Məktub Outlook Express proqramının xüsusi panelinin köməyilə və ya ayrıca pəncərədə oxunur.
- Məktubların göndərilməsi. Outlook Express yeni məktubun yaradılması, göndərilməsi və HTML kimi göndərilməsini təmin edir.
- Məktublarla əməliyyat. Outlook Express gələn məktubları əldə etmək üçün əlavə qovluqların yaradılmasına imkan verir. Müəyyən qayda qoymaqla gələn məktubları müxtəlif qovluqlara yığmaq mümkündür.
Elektron ünvanların saxlanılması. İnsanların elektron ünvanlarını saxlamaq üçün ünvan kitabçasından istifadə edilir. Ünvan kitabçasına Outlook Express proqramında oxunan məktubun ünvanını daxil etmək üçün məktub üzərində kontekst menyu açılır → Добавить отправителя в адресную книгу əmri verilir.