Microsoft Outlook Express/Məktubları yerləşdirmək üçün qovluqların yaradılması

../ Microsoft Outlook Express

../

Məktubları səliqəyə salmaq üçün onları ayrı-ayrı qovluqlara yerləşdirmək məsləhətdir. Qovluqlar müəyyən mövzulara , məktub göndərənlərin adlarına və ya başqa şərtlərə uyğun yaradılır.

Qovluq yaratmaq üçün mausun oxunu menyunun Fayl (File) bəndinin Yeni (New) sətrinin üzərinə gətirin, sonra Qovluq (Folder) sətrinin üzərində mausun düyməsini basın.

Qovluğun yaradılması (Create folder) dialoq pəncərəsində yeni qovluğun adı yazılmalıdır, məsələn, Relations (əlaqələr). Yeni yaratdığınız istifadəçi qovluğunu Outlook Express-in qovluqlarından birinin içinə, məsələn, Daxil olan (Inbox) qovluğuna yerləşdirək. Bunun üçün üzərində mausun oxunu basmaqla Daxil olan (Inbox) qovluğunu seçin. Sonra OK düyməsini basın. Qovluqlar siyahısında baş verən dəyişikliklərə fikir versəniz, görərsiniz ki, indi Daxil olan (Inbox) qovluğunun tərkibində Relations (əlaqələr) adlı alt qovluq var.

Ynə bir qovluq yaradın. Qovluğun yaradılması (Create folder) pəncərəsini açıb Qovluğun adı (Folder name) sahəsində Telecom yazın, qovluğu yerləşdirmək üçün Yerli qovluqların (Local Folders) üzərində mausun düyməsini basın.