Microsoft Outlook Express/Məktubların ləğv edilməsi

../ Microsoft Outlook Express

../

Gərək olmayan məktubları ləğv etmək olar. Bu əməliyyatı yerinə yetirmək üçün istədiyiniz məktubları seçin və klaviaturada Delete düyməsini basın.

Nəticədə sildiyiniz məktublar Silinmiş (Deleted Items) qovluğuna keçirilir ki, lazım gəldikdə onları oxumaq mümkün olsun. Məktubu tamamilə silmək üçün onu Silinmiş(Deleted Items) qovluğundan seçin, sonra klaviaturada Delete düyməsini basmaqla silin.

Poçt proqramının müəyyən parametrlərinin köməyi ilə gərəksiz məktubların ləğv edilməsini asanlaşdırmaq olar.

Menyunun Xidmət (Tools) bəndinin Parametrlər (Options) əmrini seçin. Açılan dialoq pəncərəsində (Maintenance) səhifəsini seçin.

Proqramı tərk etdikdə "Ləğv edilmiş" qovluğunu boşaltmalı (Empty messages from the "Delete Items" on exit) parametrini aktivləşdirin. Bu əməliyyatları təsdiqlədikdən sonra Outlook Express -i bağladıqda "Ləğv edilmiş" (Delete Items) qovluğu boşaldılacaq...