Microsoft Outlook Express/Qeydiyyat yazısı

../ Microsoft Outlook Express

../

Qeydiyyat yazısını seçin və Xidmət (Tools) menyusunda Xassələr (Properties) düyməsini basın.

Ümumi (General) adlanan birinci səhifədə istifadəçi haqqında məlumat verilir.

Serverlər (Servers) səhifəsinə keçin. Parolu yadda saxlamalı (Remember Password) sahəsinin aktiv olması Outlook Express işə salınanda sizi təkrar parol yazmaq məcburiyyətindən azad edir.

Qoşulma (Connection) səhifəsində İnternetə qoşulma : modemdən yaxud lokal şəbəkədə istifadə edilmə üsulları göstərilir. OK düyməsini basdıqda siz İnternetin Qeydiyyat Yazıları pəncərəsinə qayıdırsınız. Bu pəncərəni bağlamaq üçün Bağlamaq (Close) düyməsini basın.

Yeni qeydiyyat yazısı

Adətiniz üzrə istifadə etdiyiniz poçt qutusundan (serverindən) uzaqda olarkən sizə gələn məktubları qəbul edə bilərsiniz. Bunun üçün Yeni Qeydiyyat yazısı əlavə edilməlidir.

Gəlin yeni Qeydiyyat yazısının daxil edilməsi qaydalarını öyrənək.

Daxil olan (Inbox) qovluğu açıq olan zaman menyunun Xidmət (Tools) bəndini açıb Qeydiyyat yazısı (Accounts) sətrini seçin.

İnternetin Qeydiyyat Yazıları (Internet accounts) dialoq pəncərəsi açılır. Əlavə (Add), sonra Poçt (Mail) düyməsini basın.

İnternetin Sazlanması Ustası (Internet Connection Wizard) pəncərəsi açılır. Bu pəncərə artıq sizə tanışdır. İstifadəçinin adını yazın. Məsələn, Rashad Aliev. İrəli (Next) düyməsini basın. Elektron Ünvan pəncərəsində rashad@firststeps.az yazın və İrəli (Next) düyməsini basın.

Növbəti pəncərədə daxil olan (Icoming Mail) və göndərilən (Outgoing mail) məktublar üçün serverlərin ünvanları göstərilir. Yuxarıda qeyd etdiyimiz kimi bu ünvanlar İnternet Xidmətçisi tərəfindən verilir.

Misal üçün Daxil olan və göndərilən məktublar üçün firststeps.az unvanı daxil edin. İrəli (Next) düyməsini basın, növbəti pəncərəyə keçin.

Gördüyünüz kimi, qeydiyyat yazısı sahəsində yeni yazı yarandı. İndi isə yeni yazı üçün parol daxil edilməlidir. İrəli (Next) düyməsini basın. Növbəti pəncərədə Son(Finish) düyməsini basın. İnternetin qeydiyyat yazıları (Internet Accounts) pəncərəsində yeni qeydiyyat yazısını görürsünüz