Microsoft Word/Mətnin yaddaşda saxlanılması

../ Microsoft Word

../

Artıq hazır olan mətni müxtəlif yaddaş qurğularında saxlamaq olar (Daimi yaddaş qurğusunda, disketdə, CD diskində, flyaş kartda). Ümumiyyətlə isə mətnləri ilk əvvəl yaddaş diskində (vinçesterdə) saxlamaq məsləhətdir. Dəyişən (floppi 3½) disklərdən isə mətni başqa kompyuterə aparmaq üçün, və ya vacib sənədlərin ehtiyyat nüsxələrini saxlamaq üçün istifadə edilir. MS Word proqramı fayl saxlamaq üçün C: diskində yerləşən Мои документы (My documents) qovluqundan istifadə edir.

Mətni yaddaşa vermək üçün: Файл (File) → Сохранить (Save).

Sənədin adı Имя файла (File name) sətrinə daxil edilir və Сохранить (Save) və ya Ctrl+S düyməsi basılır. Sənədin və qovluğun adınının yalnız ingilis hərfləri ilə adlandırılması məsləhətdir. Faylın adında *,?,/,\,:, və " işarələri işlətmək qadağandır. Saxlanılacaq fayl verilmiş ad ilə Мои документы (My documents) qovluğuna yazılır. Həmin qovluğa yeni qovluq əlavə etmək mümkündür. Yeni qovluq yaratmaq üçün faylı yaddaşa verəndə Сохранение документа pəncərəsində Создать папку (Create New Folder) düyməsi basılır. Açılan pəncərədə Имя (Name) sətrində qovluğun adını yazın → OK.