Microsoft Word/Səhifənin parametrlərinin təyini

../ Microsoft Word

../

Word proqramının pəncərəsində real bir səhifənin maketi göstərilib. Bir mətnin yığılması zamanı biz bu maketin real səhifə olmağını təsəvvür edə bilərik. Müasir printerlərin çoxunda A4(210x297 mm) formatında kağız istifadə olunur , ona görə də biz səhifəni həmin format ilə düzəltməliyik . Bunun üçün Файл (File) menusundan Параметры страницы… (Page Setup) → açılan «Параметры страницы» pəncərəsində səhifənin və kolontitulun sərhədləri, formatı və digər parametrlər seçilir → OK.

Səhifədə sətirlərin sayını müəyyən edilməsi: Файл (File) → Параметры страницы… (Page Setup) → «Параметры страницы» pəncərəsində →«Источник бумаги» → «Нумерация строк…» düyməsini basın. Burada Добавить нумерацию строк (Add Line Numbering) sətrini aktivləşdirməklə səhifədə olan hər bir sətrin əvvəlinə onun sıra nömrəsini daxil etmək olar. Sətirləri nömrələdikdə bir neçə əlavə parametri də müəyyən etmək olar: nömrələnmənin hansı rəqəmdən başlanmasını, sətir nömrələri ilə mətnin arasında olan məsafə, nömrələnmə üçün istifadə olunan interval təyin olunur.