../ Mobil telefon

../

Vikianbarda Mobil telefon/MMS ilə əlaqəli mediafayllar var.

MMS (ing. Multimedia Messaging Service) — MultiMesajcell xidməti qısa mesajların müasir alternatividir. Bütün dünyada geniş istifadəsini tapmışdır.

Mətnlə bərabər qrafika (fotoşəkil, rəsm, açıqça), melodiya, musiqi parçaları və s. yaratmaq, göndərmək və almaq imkanı əldə etmək olur.

MMS nə üçün istifadə oluna bilər?

Sxem, təsvir, rəsm, telefonunuzda rəqəmli kameranız varsa - bir anda istədiyiniz fotoşəkili çəkib göndərə bilərsiniz, istədikdə, həmçinin mətn və musiqi də əlavə edə bilərsiniz – Sözlə ifadə edə bilmədiklərinizi göstərə və eşitdirə bilərsiniz. MMS mesajlarınızla yalnız bu xidməti dəstəkləyən telefon sahibləri olan dostlarınızı deyil, həmçinin e-poçt ünvan sahiblərinidə sevindirə bilərsiniz.

MMS mesajının ölçüsü nə qədərdir?

MMS mesajının ümumi ölçüsü 300 KB ola bilər və yalnız telefon cihazının imkanları ilə məhdudlaşdırıla bilər. Əgər MMS 300KB-dən artıq olarsa MMS ümumiyyətlə keçməyəcək. MMS xidmətini dəstəkləyən telefonlar bəzi formatları dəstəkləməyə bilər. Əlavə məlumat üçün telefonunuzun təlimat kitabçası ilə tanış ola bilərsiniz.