Multikulturalizm.
Bu kitab Multikulturalizm haqqındadır.

Mündəricat redaktə

Mədəniyyətin tərifi redaktə

Mədəniyyət - hər hansı bir cəmiyyətin mövcudluğunun zəruri şərtlərindən biri olduğuna görə onun bütünlükdə və hərtərəfli nəzərdən keçirilməsi vacibdir.

Mədəniyyətin aşağıdakı təriflərini də nəzərdən keçirək:

  1. Mədəniyyət təfəkkür, idrak, bədii mədəniyyət məşğuliyyəti, davranış normaları və s. ilə əlaqədar fəaliyyətin əsas mühit və formasıdır;
  2. Mədəniyyət cəmiyyətin ümumi inkişaf səviyyəsi, "vəhşilikdən sivilizasiyaya" keçiddəki maariflənmə və rasionallığın səviyyəsi kimi;
  3. Mədəniyyət insanın tabiatdən, bioloji determinasiya çərçivəsindən çıxmasına imkan yaradan ictimai nailiyyətlərin (texnologiya, münasibətlər də daxil olmaqla) məcmusu kimi;
  4. Mədəniyyət bir cəmiyyəti digərlərindən fərqləndirən norma, dəyər və ideyaların spesifik sistemi kimi;
  5. Mədəniyyət fəaliyyət motivləri, prinsip və qaydalar, məqsədləri formalaşdıran mənəvi ölçü kimi. Beləliklə, yuxarıdakı tərifləri ümumiləşdirərək biz belə

bir yekun əldə edə bilərik ki, mədəniyyət - fəaliyyətin xüsusi mühit və forması olub, öz məzmun və strukturuna malikdir ki, bu da gerçəkliyin digər sahələrinə, eləcə də sosial münasibət və siyasətə təsir göstərir. Təriflərdən göründüyü kimi, mədəniyyət cəmiyyət həyatını, insanın fəaliyyətinin müxtəlif tərəflərini əks etdirməklə prinsipcə bir-birindən fərqlənən ayrı-ayrı sahələrin formalaşmasına gətirib çıxarmışdır ki, bunların da hər biri xüsusi metod, özünəxas elmi aparat və terminologiyaya, məktəblərə malikdir. Mədəni hadisələrin tənqidi və analitik dərki kulturologiyanın sosial sahə kimi mövcudluğunu təsdiq edir.

Dinin tərifi redaktə

"Din" ərəb sözüdür. Bu söz lüğətdə mükafat mənasını ifadə edir. Dinin bir termin olaraq izahına gəldikdə deməliyik ki, din tədqiqatçılarının fikrincə, hazırda dinin səksəndən artıq tərifi mövcuddur. Bunun səbəbi dinə müxtəlif aspektlərdən yanaşılmasıdır. Fəlsəfə ensiklopedik lüğətində din tarixi hadisə adlandırılır və deyilir: "Din ictimai şüur formalarından biri; bir və ya bir neçə ilahi varlığın, müqəddəslərin, yəni fövqəltəbiliyin bu və ya digər növünün reallığına inamı əsas götürən dünyagörüşü, davranış və spesifik fəaliyyətidir." Məşhur Amerika filosof və psixoloqu Uilyam Ceyms (1842-1910) dinə psixoloji prizmadan açıqlama verir. O deyir: "Din insanın Allah adlandırdığı varlıq qarşısında keçirdiyi hisslər və gördüyü işlərdən ibarət bir sistemdir." Fransız sosioloq və filosofu, Emil Dürkheym (1858-1917) öz sosioloji-fəlsəfi düşüncələrində din adlı ictimai hadisəni insanları müqəddəs məfhumlar vasitəsilə bir araya gətirən qanun və əqidələrdən ibarət kompleks kimi təqdim edir. "Əql və dini etiqad" kitabında isə dinə verilən təriflərin əhatəli olmaması vurğulanır və ortaya daha dəqiq tərif qoyulmasına çalışılır. Yəni hazırda mövcud olan dinlərin hamısını əhatə edəcək bir tərif. Müəllifə görə, dinin ən ümumi tərifi belədir: "Din ülvi bir həqiqət ətrafında toplanmış əqidələr, ayinlər məcmusudur." Nəhayət, müasir İran filosofu və ilahiyyatçısı Misbah Yəzdinin fikrincə, din kainatı və insanı yaradan bir varlığa inam və bu inanca uyğun əməli qanunlardır. Dinə verilən tərifləri təkrarlamaq lüzumsuzdur. Düşünürük ki, dinə hər hansı bir formada tərif verməzdən öncə hansı dindən söhbət getdiyini müəyyənləşdirməliyik.

Dinlərin təsnifatı redaktə

Dünyada mövcud olan dinlər müəyyən bir təsnifə əsasən üç hissəyə ayrılır:

  1. İbtidai dinlər (animizm, totemizm, fetişizm və s.);
  2. Falsofi dinlər (hinduizm, buddizm, konfusilik və s.);
  3. Vəhyə əsaslanan dinlər (yəhudilik, xristianlıq və İslam).

Bu dinlərin hər biri özünəməxsus əqidə və ayinlərə malikdir. Belə bir vəziyyətdə bütün dinləri əhatə edən ortaq və eyni zamanda dəqiq lüzumsuzdur. tərif vermək mümkündürmü? Zənnimizcə, bu iş mümkün olsa da, Dinin tərifi Biz burada din fəlsəfəsi bəhslərini İslam dininə müvafiq şəkildə təqdim edəcəyimizdən əvvəlcə dinin İslama uyğun tərifini veririk: "Din vəhylə gələn, insanların Quran və sünnə vasitəsilə doğru yola hidayəti üçün onlara çatdırılan həqiqətlər və dəyərlər toplusudur." Bu tərifin şərhi olaraq qeyd edək ki, din mütəxəssislərinin nəzərincə,

İslam dininin üç əsas bölgüsü redaktə

İslam dini məzmun baxımından üç hissəyə bölünür:

  1. (Kəlam) Əqidəyə aid məsələlər. Burada hər bir müsəlmanın hansı təməl əqidələrə yiyələnməli olduğu bəyan edilir. Allahın varlığına və yeganəliyinə inanmaq, ölümdən sonrakı həyatı haqq bilmək bunun bariz nümunələrindəndir. İslam maarifində bu kimi məsələləri araşdıran elm "Kəlam elmi" adlanır.
  2. (Fiqh) İslam dininə əsasən, vacib və haram olan işlər. Məsələn, namazın vacibliyi və başqasına təcavüz etməyin haram olması. Bu bölməyə "şəriət hökmləri" də deyilir. Şəriət məsələlərini izah edən sahə "fiqh" adlanır;
  3. (Əxlaq) İnsanın yaxşı və pis rəftarları. Qeyd edək ki, bu hissədə müzakirə obyekti vacib və haram işlər deyil. Hərçənd, bəzi alimlər bir sıra haram işləri də bu bölmədə açıqlayırlar. Deməli, üçüncü hissənin əsas qayəsi görüləsi yaxşı və tərk ediləsi pis işlerdir. Qonşuya yaxşılıq etmək və ya başqasına bədgüman olmamaq kimi məsələlər burada misal göstərilə bilər. Belə qanunların tədqiqi və şərhi "əxlaq" elminin öhdəsinə düşür. Bu üç bölməyə aid təlimləri nəzərdən keçirərkən əqidəyə aid məsələlərin praktiki məsələlər olmadığının şahidi oluruq. Yəni birinci bölmədə yalnız bu əqidələrə sarınmaq və onlara inanmaq tələb olunur. Fiqh və əxlaq məsələlərinin məzmunu isə fərqlidir. Çünki bu iki sahedə bir sıra qanunlar və ilahi dəyərlərə istinad edən qaydalarla üzləşirik. Məsələn, namaz qılmaq vacibdir, digərinin malına və canına təcavüz etmək haramdır, ata-ananın xidmətində dayanmaq yaxşıdır, özünü başqalarından üstün tutmaq pisdir kimi fiqhi və əxlaqi təlimlər təkcə inanılası əqidələr yox, həm də ilahi qanunlar və dəyərlər toplusuna aid olan əməllərdir. Deməli, İslam dini özündə həm həqiqətləri (əqidə və inancları), həm də dəyərləri ehtiva edən bir dindir.