Narçılıq/Narın xəstəlik və zərərvericiləri/Nar mənənəsi

../ Narçılıq/Narın xəstəlik və zərərvericiləri

../

Nar mənənəsi: Bu zərərverici geniş yayılmaqla ona respublikanın bütün rayonlarında rast gəlinir. Nar mənənəsinə ən çox mayın 3-cü ongünlüyündə və iyun ayında təsadüf edılir. Zərərverici nar ağacının cavan və meyvələri üzərinə daraşaraq şirəni sorur. Bunun nətıcəsində böyümə inkişafı zəifləyir, meyvənin əmtəəlik keyfiyyəti xeyli pisləşir. Mənənlərin kütləvi inkişafı bitkılərin ifrazat məhsulları ilə çirklənməsınə səbəb olur. Buna görə də bəzən el arasında mənənəyə “şırə” xəstəliyi də deyirlər. Mənənlərin inkışafına mülayim və rütubətli hava şəraıti müsbət təsir edir.

Mübarizə tədbirləri: Aqrotexniki və kimyəvi üsullarla mübarizə aparmaq lazımdır. Bu məqsədlə ağacın gövdə və budaqlarını köhnə qabıqlardan təmizləmək, alaq otlarını məhv etmək (təmizləmək), zədələnmiş bitki qalıqlarını kənar etmək, vegetasiya müddətində zərərverıcıyə qarşı ağaclar 40%-li roqar (BI-58) 0,8-4 l/ha, desis (1 l/ha) və s. preparatlardan istıfadə etmək lazımdır.