Narçılıq/Narın xəstəlik və zərərvericiləri/Xərçəng xəstəliyi
Narçılıq/Narın xəstəlik və zərərvericiləri |
Xərçəng xəstəliyi: Geniş yayılmaqla nar bitkisinə böyük ziyan verir. Xərçəng ilk dəfə bitkinin kök boğazını, sonra isə gövdənin və bulaqların qabıq hissəsini zədələyir. Xəstəliyə tutulmuş narın qabığı pas rəngi olur. Qabıqda yarıqlar əmələ gəlir və ovulub tökülür. Xəstəliyə tutulmuş nar kollarının yarpaqları yayın ortalarında saralır və vaxtından qabaq tökülür. Belə nar kollarının budaqları quruyub bəzi hallarda məhv оlur. Xəstəlik rütubətli havada sürətlə artaraq nar kollarına zıyan verir.
Mübarizə tədbirləri: Xəstəliyə qarşı əsasən prafilaktiki mübarizə aparılır. Payızda yarpaqlar töküldükdən sonra və ya yazın əvvələrində tumurcuqlar şişməmişdən əvvəl nar kollarına 3%-li nitrafen, 5%-li mis kuprosu və ya 4%-li dəmir kuprosu məhlulu çilənməlidir. Nar kollarında texniki zədələnmələrə yol verilməməlidir.