Nuru Bayramov/Biblioqrafiya/Yenilikləri

../ Nuru Bayramov/Biblioqrafiya

../


Lazerlər üzrə redaktə

  • Qanın qırmızı lazerlə şüalandırılmasının immun sistemə təsirinin 2 qanunauyğunluğu tapılmışdır: stimulyasiya olunmuş immun sistemi supressiya edir, supressiya olunmuş sistemi isə stimulyasiya edir; bu effekti 3-4-cü gün maksimuma çatır, 7 gün sonra aradan qalxır. Buna əsaslanaraq proqnozlaşdırma üsulu hazırlnamışdır (1990).
  • Qanın lazerlə şüalandırılması laxtalanma sisteminə korreksiyaedici təsir göstərir, qaraciyər regenerasiyasına müsbət təsir edir (1990).
  • Donmaların erkən müalicəsində suda həll olan əsaslı məlhəmlərin və qanın lazerlə şüalandırılması effektiv metoddur (1992).

Qaraciyər cərrahiyyəsi üzrə redaktə

  • Ultrasəs bıçağı (CUSA - Cavitron Ultrasonic Surgical Aspirator) sirrotik qaraciyər rezeksiyalarında arqonlu koaqulyatorla birlikdə istifadəsi daha faydalıdır (1996).
  • Qaraciyər rezeksiyası üçün su şırnağı üsulunun parametrləri dəqiqləşdirilmişdir (1997).
  • Normal və sirrotik qaraciyərlərin böyük rezeksiyadan sonrakı regenerasiyanın dinamikası öyrənilmişdir (1996).
  • Normal qaraciyər rezeksiyalarında regenerasiyanı sürətləndirmə tədbirlərinin ciddi faydası yoxdur, xronik hepatit və sirrozda isə proregenerator tədbirlərə ehtiyac var və qanın lazer şüalandırılması faydalı ola bilər (1996).
  • Rezeksiyadan sonra qaraciyər yetməzliyinin proqnozlaşdırılması üçün əməliyyatdaxili indosianin sınağı hazırlanmışdır (1996).
  • Qaraciyərin kistləri və absesləri modelləri işlənib hazırlanmışdır (1996).
  • Açıq və laparoskopik əməliyyatlar piylənməsi olan xəstələrdə subklinik qaraciyər zədələnməsinə və disfunksiyasına səbəb olur və ağırlaşmalara meyillik yaradır (2020)
  • Histonlar canlı donor rezeksiyalarından və qaraciyər transplantasiyasından sonrakı qaraciyər disfunksiyalarını erkən müəyyənləşdirmək üçün biomarker ola bilər (2021)


Transplantasiya üzrə redaktə

  • Canlı donorda qaraciyər rezeksiyalarından sonra meydana gələn ağırlaşmalar arasında ən çox rast gəlinəni biliar ağırlaşmalardır və bunların da əksəriyyəti yüngül dərəcəli ağırlaşmalardır (2012).
  • Canlıdan qaraciyər transplantasiyasında biliar ağırlaşmalar ciddi problem təşkil edir (30%-ə yaxın rast gəlinir) və cərrahi profilaktikasında anti-işemik və distal transanastomotik drenaj tədbirləri faydalı görünür (2012).
  • Qaraciyər sirrozu fonunda inkişaf edən hepatosellular karsinomada qaraciyər transplantasiyası ilk seçim əməliyyatı ola bilər (2010).
  • Qaraciyərin transplantasiyaya əks göstəriş hesab edilən bəzi xəstəliklərində (portal vena trombozu, damarlara yayılmış alveolar exinokokkoz) qaraciyər transplantasiyası mümkün ola bilir (2014).
  • Standart klinik, laborator və görüntüləmə metodları ilə qaraciyəri normal görünən qaraciyər donorlarında aparılan elektron mikroskopiya göstərmişdir ki, bunların əksəriyyətinin hepatositlərində irəli dərəcədə yağlanma mövcuddur. Bu nəticənin irəlidəki tədqiqatlarla klinik əhəmiyyətini araşdırmaq lazımdır (2015).
  • Donor hepatektomiyalarından sonra ekstrasellular histonların plazmadakı səviyyəsi ilə qaraciyər funksiyası arasında neqativ korrelyasiya var və əməliyyatdan 24 saat sonrakı histon səviyyəsi postrezeksiyon qraciyər disfunksiyasının prediktoru ola bilər (2021).
  • Böyrək və qaraciyər alıcılarında COVİD-19 infeksiyası topluma nəzərən daha çox rast gəlinir, daha yükək letallıqla seyr edir, kişi cinsi, steroid alınmaması və invaziv ventilyasiya letallıq üçün risk faktorları sayıla bilər (2021).


Laparoskopik cərrahiyyə üzrə redaktə

  • Kalot üçbucağının geniş diseksiyası və “iki pəncərə” prinsipinə əməl olunması və kisə arteriyasının axacaqdan əvvəl bağlanması öd yolları zədələnmələrini və qanaxmaları azaldan vacib işləmlərdir və bu “standart texnika” kimi tövsiyə edilir (1997).
  • Kəskin xolesistitlərdə erkən (24 saat ərzində) laparoskopik əməliyyat daha effektivdir, həttda sirrotik xəstələrdə mümkün ola bilir (1998).
  • Öd yollarının hissəvi zədələnmələrində endoskopik stendləmə və ya drenaj ilk seçim kimi daha effektivdir (1999).
  • Öd kisəsində və xoledoxda daş olduqda biretaplı laparoskopik müdaxilə (laparoskopik xolesistektomiya, xoledoxotomiya və xoledoxoskopla daşçıxarma) iqtisadi və tibbi nöqteyi-nəzərdən ikietaplıya görə daha faydalıdır, ilk seçim kimi tövsiyə olunur (2003).
  • Laparoskopik müdaxilə həm ağırlaşmış, həm də ağırlaşmamış appendisitlərdə əməliyyatdan sonrakı ağırlaşmaları, yatış müddətini azaldır (2003).
  • Qarın boşluğunda iki və ya daha çox cərrahi patologiyanın laparoskopik müalicəsi ümumi ağırlaşmaları azaldır, spesifik ağırlaşmaları isə artırmır (2004).
  • Lokalizasiya və sayından asılı olmayaraq qaraciyər exinokokkozunda laparoskopiya mümkündür və əməliyyatdaxili USM bu işləmi asanlaşdırır (2004).
  • Əməliyyatdan sonrakı yırtıqlarda laparoskopik hernioplastika yara ağırlaşmalarını ciddi azaldır və ilk seçim kimi tövsiyə olunur (2002).
  • Laparoskopik fundoplikasiya residivi azaldır və Barret ezofagitini geriyə döndərə bilir (2006).
  • İkinci Qarabağ müharibəsi yararılarına cərrahi yardımın nəticələri göstərmişdir ki, mina-partlayış zədələnmələri çoxsaylı və geniş yaralanmalar törədir, erkən neqativ-təzyiqli yara terapiyası, autodermoplastika və kolostomiyanın laparoskopik bərpası reablitasiyanı sürətləndirir (2021).


Kök hüceyrələr üzrə redaktə

  • İlkin nəticələr göstərmişdir ki, sümük iliyi mənşəli autoloq mezenximal kök hüceyrələrinin qaraciyərə birbaşa (intraarterial) köçürülməsi etibarlı üsuldur, ağır dərəcəli sirrozda koaqulopatiyanı korreksiya edə bilir (2015).
  • Kolon poliplərində kök hüceyrələrin araşdırılması göstərmişdir ki, villoz adenomalarda kök hüceyrələrin (CD133) sayı digərlərinə görə daha çoxdur və malignizasiya potensialı daşıyır (2017).
  • Araşdırılması göstərmişdir ki, kolon poliplərin əksəriyyətində kök hüceyrələr var, ölçüsü böyük, villoz və displastik poliplərdə kanser kök hüceyrələrin miqdarı artır və kanser riqi yüksəlir (2021).


Elastoqrafiya üzrə redaktə

  • Qaraciyərin xəstəliklərində aparılan elastoqrafik müayinələrin ilkin təhlili göstərir ki, dalağın elastoqrafik göstəricisi portal hipertenziyanın və varikozun dərəcəsi ilə paralellik təşkil edir. Bu nəticəyə görə portal hipertenziyanın ağırlıq dərəcəsini təyin etmək üçün qeyri-invaziv müayinə kimi elastoqrafiya istifadə edilə bilər (2017).
  • Canlıdan qaraciyər transplantasiyası olunmuş xəstələrdə aparılan elastoqrafik müayinələrin nəticələri göstərir ki, transplantasiyadan sonradalağın sıxlığı dinamikada azalır, qaraciyərin sıxlığı isə ağırlaşmalı xəstələrdə yüksək, ağırlaşmasız xəstələrdə isə normal səviyyədə seyr edir. Bu ilkin nəticələrə görə postransplant xəstələrdə qaraciyər disfunksiyasını, portal hipertenziyanı dəyərləndirmək və izləmək üçün qraftın və dalağın zərbə-dalğa elstoqrafiyası faydalı vasitə ola bilər (2018).