Resept:Pomidor turşusu

(Pomidor turşusu səhifəsindən yönləndirilmişdir)
Pomidor turşusu

Hazırlanma qaydası

redaktə

Zədəsiz, yetkin və təxminən hamısı bir ölçüdə olan pomidorlar götürülür, yuyulur və saplaq tərəfdən deşilir. Bu ona görə edilir ki, pomidorların üzərinə qaynar su töküləndə, qabıqları partlamasın. Bundan sonra pomidorlar ədviyyatla birlikdə bankalara yığılır. Duzlu məhlul hazırlanır, qaynadılır, bankalara tökülür, qapağı qoyulmaqla 5 dəqiqə saxlanılır. Sonra bu məhlul bankalardan qazana tökülərək təkrar qaynadılır və yenidən bankalara doldurulur. Bankaların ağzı bağlanılır, baş üstə çevrilib, odeyalla örtülür. Bankalar soyuyandan sonra onu anbarda, yaxud ev temperaturunda saxlamaq olar.

Bu cür konserv üçün 2 kiloqram pomidor, 2 xörək qaşığı duz, 4 xörək qaşığı şəkər tozu, 1 xörək qaşığı esensiya, şüyüd (çətirlisi) – 2 ədəd, qara qarağat yarpağı- 3-5 ədəd, albalı yarpağı- 3-5 ədəd, xren kökü və ya yarpağı- 20 qram, qara istiot dənəsi 10 ədəd, su – 1 litr.

Mənbə

redaktə