Qarğıdalı bitkisi/Məhsul yığımı
←Alaq otları ilə mübarizə | Qarğıdalı bitkisi |
Qarğıdalı silos və yaşıl yem məqsədilə əkilibsə məhsul yığımı dənin süd-mum yetişkənliyi fazasında yığılmalıdır. Dən məqsədilə əkilmiş qarğıdalı isə dənin tam yetişkənlik fazasında yığılmalıdır. Hər iki halda yığım qısa müddətə başa çatdırılmalıdır.
Keyfiyyətli silos almaq üçün kütlənin tərkibində 65-70% nəmlik olmalıdır. Dən üçün yığılan məhsulun (dənin) tərkibində isə nəmliyin 28-30% olması məqsədə müvafiqdir.
Məhsul yığımına başlamazdan əvvəl silos quyuları və anbarlar təmizlənərək məhsulun tədakürü üçün hazır vəziyyətə gətirilməlidir. Məhsul yığımı “Xerson-200”, KSKU-6 və s. kombaynlarla həyata keçirilməlidir.