Resept:Qarışıq turşu

(Qarışıq turşu səhifəsindən yönləndirilmişdir)

Lazım olan tərəvəzlər

redaktə
  • 4 kq xiyar,
  • 6 kq göy bibər,
  • 4 kq göy pomidor,
  • 4 kq kök,
  • 4 kq 4 yerə bölünmüş kələm,
  • 1 dəstə cəfəri.

Hazırlanması

redaktə

Tərəvəzlər doğranır və bankalara yığılır, aralarına albalı, heyva, üzüm yarpaqları yığılır ki, turşunun dadını yaxşılaşdırsın. Üstündən 5 litr suya 250 qram duz tökülür. Bir neçə gündən sonra artıq duzlu suyu boşaltmaq lazımdır. Bunu günaşırı etməklə 1 həftədən sonra turşunu yoxlayırlar, xarab olmuşlarını götürürlər. Belə turşunu sirkə ilə də hazırlamaq olar. Onda 1,5 litr suya 1 litr sirkə və 400 qram duz götürmək lazımdır.