Qoyunçuluq/Quzuların yetişdirilməsi

../ Qoyunçuluq

../

Qış dölünü keçirmək üçün ayrıca bina olmalı isti doğum yeri olan arxaclar lazımdır. İsti arxaclar temperaturu 6-80 C ola bilər. Lakin havası quru olmalıdır. Əgər isti arxac qurudursa və burada kifayət qədər quru küləşdən döşənək olarsa, onda onu qızdırmaq lazım gəlmir. İsti arxacları köçürülə bilən lövhələrlə qəfəslərə bölünür ki, binalarda da ilk iki gün quzularla birlikdə anacları saxlayırlar. Adətən quzulama 30-50 dəqiqə davam edir. Doğulduqdan 15-20 dəqiqə sonra quzu ayağa qalxır və süd əmə bilir. Quzu və anac qoyunu böyüründən müvəqqəti nömrələyirlər. Boya yağışa davamlı olmalı lakin yunu yuduqda o yuyulub təmizlənməlidir. İki gündən sonra anacları quzularla birlikdə (hər biri 7-19 başdan ibarət) qruplara - quzulu qoyun sürüsünə birləşdirilir. İlk 20 gündə quzular yalnız ana südü ilə qidalanır. Buna görə də onların böyümə inkişafı anacların südlülüyündən deməli, həm də əmizdirməsindən asılıdır. Üçüncü həftədən quzuları qüvvətli yemlərlə və keyfiyyətli zərifgövdəli quru otla yemləmək olar. Elə bu yaşdan quzuları gəzintiyə buraxırlar.

Quzuları 3, 5-4 aylıqda süddən ayırırlar sonra cavanlar üçün ən yaxşı otlaqlar təşkil edirlər.