Qrafik redaktorlar

QRAFİK REDAKTORLAR

İnformatikanın xüsusi bölməsi olan komputer qrafikasına daxil olan çoxsaylı qrafik proqramlarla yeni şəkillər çəkmək, hazır şəkillər üzərində müxtəlif dəyişikliklər etmək mümkündür. Belə proqramlara Adobe Photoshop, Picture Publisher, Photostiller, Corel Draw, Macromedia Flash, Macromedia Freehand, Macromedia Fotographer, Macromedia DreamWeaver, Ulead Gif Animator və s. missal göstərmək olar. Kompyuterin diskində saxlanılan şəkillər rəqəmsal təsvirlər adlanırlar. Belə ki, kompyuterin yaddaşında bütün şəkillər rəqəm şəklində (0 və1) saxlanılır.

Qrafik redaktorlar üç qrupa bolünürlər: rastra (piksel), vector və fractal.

  1. Rastra qrafika şəkillərin skanerləşdirilməsi, rəqəmli fofoaparat, videokamera çəkilişləri vasitəsilə alınır və nöqtələrdən təşkil olunur. Rastra qrafika üçün əsas xarakteristika vahid uzunluğa düşən nöqtələrin sayıdır. Rastra qrafika termini İngilis dilində “Bitmap-qrafika” termininə uyğun gəlir və mənası – bit ölçüsünün yerləşdiyi xəritə deməkdir. Rastra qrafik redaktoruna Paint, Adobe Photoshop, Photostyler, Adobe Photo-Paint, Picture Publisher, Corel Photo-Paint proqramları daxildir.
  2. Vector qrafik redaktorlarında bütün xətlər başlanğıc nöqtə ilə və bu xətti riyazi əks etdirən tənliklərlə tətin olunur. Burada əsas element xətt nəzərdə tutulduğundan qrafik əks olunma daha sadə və asandir. Vector qrafik redaktorlarına Adobe İllusrator, Macrpmedia Freehand və Corel Draw proqramları daxildir.
  3. Fraktal qrafika vector qrafikası kimi riyazi hesablamalara əsaslanır, onun baza elementlərini isə riyazi düsturların özləri təşkil edir. Bu düsturların köməyilə üçölçülü obyektlərin, suxur laylarının və s. imitasiyalar yaradılır. Şəkillər tənliklərlə yazılır, tənliklərin əmsalları dəyişildikdə şəkillərdə dəyişir. Ona görə də informasiyalar yaddaşda tənlik kimi saxlanılır. Adi fractal üçbucaq frktal qrafikaya missal ola bilər.

Qrafik şəkillərdən istifadə edərkən nəzərə almaq lazımdır ki, onlar kompyüter yaddaşında GIF, JPEG, PNG, BMP formatlarında saxlanılmalıdırlar.

  • GIF (Graphics Interchange Format)-qrafik mübadilə formatı. (.gif);
  • JPEG (Joint Photographic Experts Group)-birləşmiş fotoeksportlar qrupu formatı. (.jpg);
  • PNG (Portable Network Grapic)-portativ şəbəkə qrafiki. (.png) ;
  • BMP təsviri formatını isə istifadə etməzdən əvvəl baza formatına çevirmək lazımdır. (.bmp)

GIF – GIF formatlı şəkillərdən web-səhifələrinin qrafik tərtibatlarında istifadə edilir. Onun əsas xüsusiyyəti aşağı keyfiyyətdə olması, lakin faylın kiçik həcmli olmasıdır. GIF faylı yalnız 256 rəngi əhatə edir. Məsələn, 1 milyona yaxın rəng çalarlarını özündə əks etdirən mənzərə fotoşəkli varsa, onu GIF faylı kimi saxladıqda rənglərin sayı 256-ya qədər azalacaq. Ona görə də GİF formatından kasıb rəng çalarlarına və ya çox hissəsi eyni rəngə malik təsvirlərdə istifadə edilir. JPEG – GİF formatlı fayllardan fərqli olaraq JPEG formatlı fayllarda 16,7 milyon rəng çaları göstərilə bilər. JPEG-nin sıxma alqoritmindən istifadə edərək sıxma funksiyasını və faylın diskdə tutduğu yerin ölçüsünü idarə etmək olar. Buna baxmayaraq sıxma prosesi vaxtı JPEG formatlı təsvirlərdə itkilər yaranır. Əgər təsvirin üzərində mətn varsa sıxma vaxtı mətnin dəyişməsi və oxunmaz hala düşməsi baş verir. Ona görə də üzərində mətn olan təsvirləri GİF formatında saxlamaq daha məqsədəuyğundur. Digər tərəfdən JPEG formatlı təsvirlər üzərində dinamik və şəffaflaşdırma funksiyalarını lazımı səviyyədə yerinə yetirmək olmur.

BMP – Windows sisteminin əsas formatı hesab olunur. BMP faylnı Microsoft Office paketinin istənilən proqramı başa düşür. Bu formatdan “İşçi masaya” şəkillərin qoyulmasında da istifadə edilir. BMP faylın ölçüsü çox böyük olur.

TİF – TİF formatlı fayllardan poliqrafiyada istifadə edilir. Bu formatda saxlanılan şəkillər yüksək keyfiyyətli olurlar.

PSD – Adobe Photoshop proqramının əsas formatı hesab olunur. PSD faylnın əsas xüsusiyyəti ondan ibarətdir ki, təsvirlər yüksək keyfiyyətli olurlar, bunlarda qatlar, maskalar, daxil edilmiş mətnin fraqmentləri, effektlər və s. haqqında informasiya saxlanılır. PSD faylnın həcmi böyük olur.

Fayllar formatlarına görə fərqlənirlər:

  • Qrafik fayllar: TIFF, BMP, GIF, JPEG, PCX, PNG, PSD, TGA və s.;
  • Video və səs faylları: AVI, MID, MOV, MP3,

Müəllif: Irada