Quşçuluq/Körpə quşların bəslənməsi

Quşçuluq


Körpə quşların bəslənməsi. Körpə quşlara ilk günlərdə xırda doğranmış bərk yumurta, göyərti qatılmış səpələnən nəm yem qarışığı vermək lazımdır. 10-15 günlüyədək cücələri gündə 6 dəfə, hind toyuq balalarını 7-8 dəfə yemləmək məsləhətdir. Cavan quşlar böyüdükcə rasionda dənin şərti çəkisini artırır, yumurta və üzsüz südün çəkisini azaldılır. Cavan quşların vitaminli yemlərlə təmin olunmasına xüsusi fikir vermək lazımdır. Bizim şəraitdə ən əlverişli vitaminli yem yoncadır. Yonca yaz-yay dövründə yaşıl halda, başqa vaxtlarda isə quru ot unu halında verilməlidir. Ikiaylığa çatmamış cavan quşlar üçün yem qarışığı hazırlayarkən unu və yarmanı narın xəlbirdən keçirib, qabıqdan, qılçıqdan təmizləmək lazımdır. Çünki onlar pis həzm olunub bağırsağın selikli qişasını zədələyə bilər. Yumurtalıq cavan quşlar üçün səpələnən yem qarışıqları, ətlik cavan quşlar üçün isə dənəvərləşdirilmiş yem qarışıqları daha yaxşı hesab edilir.

Yumurtalıq, eləcə də ətlik cins olan cücələrə 30 günlüyədək verilən yem qarışıqlarının tərkibi qidalılığına görə təqribən bir olur. Bu dövrdə yem qarışığına qarğıdalı və buğda əlavə edilməsi yemin kaloriliyini yüksəldir. Həmin yaşda olan cücələrin yemınə texniki yağ əlavə etmək məsləhət görülmür. Onların mineral maddələrə təlabatı isə, adətən rasiondakı əsas yemlərlə və ya ona az miqdarda balıqqulağı, yaxud təbaşir əlavə etməklə ödənilir. 1-30 günlük cücələrə verilən yem qarışığına aşağıdakı göstərilən yemlər daxildir.

Dən yemləri 65-70%, Jmıx, şrot 15-20%, Heyvan mənşəli yemlər 8-12%, O cümlədən quru süd 1-2%, Hidfoliaz edilmiş maye 7%, Ot unu 2-3%.

Sürüyə qatılacaq cavan quşların yemlənməsində ən məsuliyyətli dövr оnların 80 günlüyündən başlanır. Həmin dövrdə əsas vəzifə quşların istıqamətli bəslənməsıni təşkil etməkdən ibarətdir. Bu dövrdə sellülozla zəngin yemlərdən və aşağı kalоrili yem qarışığlarından istifadə edilə bilər, yaxud məhdud yemləməyə keçmək olar. Bırinci halda cavan quşlara verilən yem qarışığlarında nəm protenin və mübadilə enerjisinin səviyyəsini müvafiq sürətdə 16%-ə və 260 kkala, 111 günlüyündən isə 13%-ə və 250 kkala endirirlər. Məhdud yemləməyə keçdikdə nəm protenin səviyyəsini aşağı endirmirlər, lakin cavan quşların 60-70 günlüyündən etibarən onlara verilən gündəlik yemin normasını ixtisar edirlər.

Pulloroza, koksidioza və mədə-bağırsaq xəstəliklərinə qarşı proflaktika məqsədi ilə cücələrə 1 həftəliyindən başlayaraq, 30-40 gün müddətində, yemlə birlikdə 1000 başa 4 kq hesabı ilə furazalidan və biomitsin verirlər. Akklımatizatorlarda isə 90-100 günlük quşlara mütləq, yem terramisinin proflaktiki dozasını verirlər.