Resept:Çiyələk kompotu
Çiyələk kompotu - qida qəbulundan (əsasən nahar və şam yeməyindən) sonra, toy və ziyafət məclislərində, qonaq qəbul edildikdə, isti günlərdə susuzluğu yatırmaq üçün içilir.
Tərkibi
redaktəBu içkidən 4 pay hazırlamaq üçün aşağıdakı ərzaqlar lazımdır:
Çiyələk - 200 q, şəkər – 120 q, limon turşusu – 0,8 q, likor və ya desert şərab – 40 ml, su – 3 stəkan.
Hazırlanma qaydası
redaktəQazana su və şəkər töküb qaynadır, limon turşusu əlavə edib soyudurlar. Seçilib yuyulmuş çiyələk giləmeyvələri qablara yığılır, onların üzərinə soyudulmuş şərbət və likor tökülür, 3-4 saat sonra soyudulmuş halda süfrəyə verilir.