Resept:Çiyələk mürəbbəsi

Qablaşdırılmış çiyələk mürəbbəsi

Hazırlanma qaydası I

redaktə

Tərkibi

redaktə
  • çiyələk - 1kq;
  • şəkər - 1 kq;
  • su - 100 ml.

Hazırlanma qaydası

redaktə

Çiyələk yuyulur. Çiyələyin yaşıl saplağlarını çıxarmadan yumaq tövsiyyə edilir. Çünki belə edilərsə yuyulma zamanı çiyələyin şirəsi az itər. Yuyulan çiyələk sudan çıxarıldıqda aşsüzənə yığılır. Az miqdarda burda qaldıqdan sonra qazanın dibinə şəkər tozunun müəyyən hissəsi səpilir. Təmizləndikcə çiyələklər həmin qazana əlavə edilir. Şəkər tozunun üstü örtüldükdə bu proses yenidən təkrarlanır. Sonda 100 ml. su əlavə edilir. Odun üzərinə qoyulur. Bu zaman qazanın altına dəmir qoyulması tövsiyyə edilir. Vam xodda şirə alınır. Şirə alınan kimi qazın xodu artırılır və yüksək qazda bişmə prosesi davam edir. Kəfi yarandıqca yığılır. Qarışdırmaq olmaz. Sadəcə qazanın yerini fırlatmaq olar. Şəkər tozunda saxlanılan çiyələyə nisbətən daha diri qalır.

Hazırlanma qaydası II

redaktə

Tərkibi

redaktə
  • Orta irilikdə təzə çiyələk - 1kq;
  • şəkər - 1 kq.

Hazırlanma qaydası

redaktə

Təmiz yuyulmuş çiyələyin 1/4 hissəsi ləyənə ehmalca tökülür, üzərinə 1 stəkan şəkər əlavə edilir, onun üzərinə yenə 1/4 qədər çiyələk qoyulur və yenə də şəkər səpilir. Şəkər və çiyələk qurtarana qədər bu proses davam edir. Sonra şəkərli çiyələk 2 saat sərin yerdə saxlanılır: Şəkər çiyələyin suyunu çəkənə qədər. Daha sonra vam odda bişirilir. Bişən zaman mürəbbəni qaşıqla qarışdırmaq olmaz. Mürəbbə hazır olandan sonra kəfi yığılır.

Xarici keçidlər

redaktə