Resept:Çoban salatı

I variantRedaktə

LazımdırRedaktə

  • Xiyar - 200q,
  • pomidor – 200q,
  • bibər – 200q,
  • göy soğan – 30 q.,
  • keşniş – 20 q.,
  • şüyüd – 20 q. ,
  • yağlı pendir – 50 q,
  • istiot, duz.

HazırlanmasıRedaktə

Xiyar, pomidor, pendir və bibər xırda kub şəklində doğranılır, üzərinə narın çərtilmiş göyərti, istiot və duz tökülüb qarışdırılır.

II variantRedaktə

Lazım olan ərzaqlarRedaktə

  • Pomidor - 60 q.
  • Xiyar - 45 q.
  • Göy soğan - 15 q.
  • Baş soğan - 20 q.
  • Qırmızı turp - 40 q.
  • Xama - 30 q.
  • Şüyüd - 10 q.
  • İstiot
  • Duz

Hazırlanma qaydasıRedaktə

Pomidor, xiyar və qırmızı istiot nazik dairələr şəklində doğranıb boşqaba qoyulur. Ortasına doğranmış göy soğan tökülür. Baş soğan halqavarı doğranıb pomidirun üstünə düzülür, duz, istiot və xama əlavə edilir. Üzərinə xırda doğranmış şüyüd səpilir, kənarlarına yaşıl kahı yarpağı düzülür.