Resept:İtburnu kompotu
İtburnu kompotu - Qida qəbulundan (əsasən nahar və şam yeməyindən) sonra, toy və ziyafət məclislərində, qonaq qəbul edildikdə, isti günlərdə susuzluğu yatırmaq üçün içilir.
Tərkibi
redaktəBu içkidən 4 pay hazırlamaq üçün aşağıdakı ərzaqlar lazımdır:
İtburnu – 250 q, şəkər – 120 q, şərab – 20 q, limon turşusu – 0,8 q, su - 4 stəkan.
Hazırlanma qaydası
redaktəİtburnu meyvələri yuyulub, təmizlənir. Azca suya meyvələr əlavə edilir. 10-12 dəqiqəyə qədər bişirilir. Suda şəkər həll edilib əlavə edilir
Kompotu ətirləndirmək üçün ona limon və ya portağal qabığı, yaxud darçın əlavə etmək lazımdır. Soyuduqdan sonra üzüm şərabı qatıb, qablara tökür və soyuq yerdə saxlayırlar.
Zərif itburnu sortlarından kompot hazırladıqda, meyvə qaynayan suya tökülüb, dərhal götürülür və soyuyana qədər qapağı örtük halda saxlanılır. Bu zaman kompotun suyu şəffaf, meyvələr isə bütöv olur.