Resept:Şəkər çörəyi

Ərzaqlar

redaktə
  • 3 stəkan əla sort un;
  • 1 stəkan ərinmiş yağ;
  • 1,5 stəkan şəkər kirşanı;
  • bir çimdik vanilin.

Hazırlanma qaydası

redaktə

Ərinmiş yağı şəkər kirşanı ilə 25-30 dəqiqə çalın, bu zaman ona az-az yumurta əlavə edin. Çalıntıya vanilin və ələnmiş un qatıb xəmir yoğurun. Xəmiri 10-12 dəqiqə əlinizlə ovun. Xəmirdən 60-75 kündələr hazırlayın, perqament kağızı sərilmiş qənnadı təbəqələrinə düzün. Sonra üzərinə kiçik dairə formasında yumurta sarısı çəkin.

Sobanı 175-180 dərəcə qızdırın. 25-30 dəqiqə ərzində bişirin. Şəkər çörəyi soyuduqdan sonra üstünə şəkər kirşanı səpilir.

Mənbə

redaktə