Resept:Şəki halvası
Şəki halvası | |
---|---|
Kateqoriya: | Şirniyyatlar |
Porsiya: | 10 |
Enerji qiyməti: | 1000-2000 kkal. |
vaxt: | 2-3 saat |
Hazırlanma mürəkkəbliyi: |
Tərkibi
redaktə- Düyü unu - 280q,
- şəkər - 420q,
- fındıq ləpəsi - 140q,
- lumu turşusu - 1q,
- keşniş toxumu - 2q,
- hil - 0,5q,
- zəfəran - 0,2q.
Hazırlanması
redaktəDüyü ununa 120 ml su əlavə etmələ duru xəmir hazırlanır. Həmin xəmiri 11 gözcüyü olan xüsusi qıfdan qızdırılmış tiyana tökməklə tor formalı riştə bişirlir. Fındıq ləpəsi üyüdülür, döyülmüş keşniş toxumu və hil ilə qarışdırılır. Miss məcməyi yağlanır,8 ədəd riştə üst-üstə qoyulub üzərinə iç tökülür. Üzərinə 5 ədəd riştə qoyulub dairəvi formaya salınır. Raxlavanın səthi zəfəranla kvadrat şəklində bəənir. 15-20 dəqiqə kömür od üzərində hər iki üzü bişirilir. Paxlavaya şəkər, lumu turşusu və 100 ml Sudan hazırlanmış qaynar şərbətlə isladılır. 8-10 saat saxlanılır ki, şərbət paxlavanın içinə hopsun.