Resept:Şəki salatı
Lazım olan ərzaqlar
redaktə- Xiyar – 50 q
- pomidor – 50 q
- bibər – 20 q
- göy soğan – 10 q
- keşniş – 10 q
- reyhan – 10 q
- şərab sirkəsi və ya abqora – 3 q
- istiot
- duz
Hazırlanma qaydası
redaktəXiyar, pomidor və bibər xırda kub şəklində doğranır, üzərinə narın doğranmış göyərti, şərab sirkəsi, istiot və duz tökülüb qarışdırılır.