Resept:Şaftalı şirəsi

Şaftalı şirəsi — qida qəbulundan (əsasən nahar və şam yeməyindən) sonra, toy və ziyafət məclislərində, qonaq qəbul edildikdə və başqa şadyanalıqda, isti günlərdə susuzluğu yatırmaq üçün içilir.

Hazırlanma qaydası

redaktə

Şirə hazırlamaq üçün iri, şirəli və ləti yumşaq şirin şaftalı sortlarından istifadə edilir. Şaftalının səthindəki pənbə yun parça və ya kapronla təmizlənir, yuyulur, tumu asan ayıranların tumu ayrılır, üzərinə su töküb yumşalanadək bişirilir, sonra sürtkəcdən və ya ələkdən keçirilir. Alınmış püre şəkər şərbəti ilə qarışdırılır. Bu məqsədlə 55% şaftalı püresi, 45% tərkibində 20% şəkər olan şərbət götürülür. 550 ml heyva püresinə 450 ml şəkər şərbəti qatılıb, yenidən 80-85°C-yə qədər qızdırılır, bankalara tökülür və heyva şirəsində olduğu kimi pasterizə edilir.

Lətli şirəni alma, qırmızı qarağat, zoğal, albalı və üzümdən də almaq olar.