Resept:Şokolad yağı

Tərkibi

redaktə
  • 4 ct. süd
  • 4 ct. şəkər
  • 250 q. kərə yağı
  • 4 x.q. un
  • 6 x.q. un kakao
  • 4 x.q. yerfındığı (blenderdən keçirilmiş)

Hazırlanma qaydası

redaktə

Qazana şəkər, kakao və un tökülüb qarışdırılır. Sonra süd yavaş-yavaş tökülür və töküldükcə qarışdırılır ki, yumrular qalmasın. Süd hamısı tökülüb yaxşıca qarışdırıldıqdan sonra vam od üzərinə qoyulur və bu arada qarışdırılmağa davam edilir ki, dibi yanmasın. Blenderdən keçirilmiş yerfındığı, yağ və duz əlavə edilir. Yenə tez-tez qarışdırılır, zərif bir qarışım olanadək bişirilir. Hazır "Nutella" təmiz və quru bir qaba yığılıb ağzı bağlı halda soyuducuda saxlanılır. Əgər buterbrod hazırlayanda yaxşı çəkilməsini istəyirsinizsə yağın bir hissəsini hər hansı bitki yağı ilə də əvəz edə bilərsiniz.